Xəzər Xəbər

700 bal toplayan tələbələr qış imtahanını necə verir?

Cəmiyyət | 15:20 • 7 Yanvar 2018
700 bal toplayan tələbələr qış imtahanını necə verir?

Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərərək, 700 bal toplayan tələbələr daim ictimaiyyətin diqqət mərkəzində olur. Son illərin müşahidəsi göstərir ki, 700 bal toplayanların heç də hamısı tələbə olandan sonra təhsili yüksək nəticələrələ başa vura bilmir. Hətta, universiteti çox aşağı qiymətlərlə bitirənlər də olur.

Modern.az saytı ictimaiyyətin marağını nəzərə alaraq, bu il 700 bal toplamış birinci kurs tələbələri ilə əlaqə saxlayıb, onlardan dərslərin necə getdiyini xəbər alıb. Nəzərə alsaq ki, hazırda universitetlərdə qış imtahan sessiyası gedir, deməli çətinliklər qaçılmazdır.

İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbin məzunu Vahab Cəbrayılov Bakı Ali Neft Məktəbində (BANM) proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.

"Dərslərimi çox yaxşı oxuyuram. Hələ ki çətinliyim yoxdur. Qış imtahanlarından da yaxşı keçəcəyimə əminəm”.

Ağcabədi rayonu 3 saylı məktəb liseyin məzunu Arzu Məmmədova İqtisad Universitetinin beynəlxalq iqtisadi məktəb və maliyyə ixtisası üzrə təhsil alır.

"Qrup nümayəndəsiyəm. Təhsilimi ingilis dilində alıram. Orta məktəbi Azərbaycan bölməsi üzrə bitirsəm də, ingilis dilində oxumağın çətin olduğunu düşünürdüm. Amma çətin olmadı. Dərslərimi yüksək qiymətlərlə oxuyuram”.

Paytaxtdakı Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova Bakı Dövlət Universitetinin Hüquq fakultəsində oxuyur:

"BDU-nun Hüquq fakultəsində Azərbaycan dili üzrə təhsil alıram. Dərslərdən çətinliyim yoxdur. Müəllimlərim də çox yaxşıdırlar. Onlardan öyrənməyə dəyər. Qış imtahanlarından da yaxşı nəticə gözləyirəm”.

Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova da Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alır.

"Təhsilim ingilis dilindədir. Dərslər yeni başlayanda çətinliyim vardı. Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Dərslərimi yaxşı oxuyuram. Sadəcə, çətinliyim ədəbiyyatların tapılması ilə bağlıdır. Başqa problemim yoxdur. İmtahanlara da yaxşı hazırlaşıram”.

Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədova ADA Universitetində təhsil alır.

"ADA-nın İctimai münasibətlər fakultəsində oxuyuram. Tədris prosesindən razıyam. Hələ ki yaxşı oxuyuram. Zəif nəticə göstərmirəm. Demək olar, dərslərimə daha yaxşı vaxt ayırıram”.


Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti