Xəzər Xəbər

Su çiçəyinə bənzər infeksiya yayılıb ANALAR, QARIŞDIRMAYIN

Cəmiyyət | 13:33 • 6 Yanvar 2018
Su çiçəyinə bənzər infeksiya yayılıb
Koksaki virusları əsasən uşaqlarda olsa da, bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki, pediatr Altay Abdullaoğlu infeksiyanın ilkin əlamətlərindən danışıb. Bildirib ki, xəstəlik ilkin olaraq qrip kimi başlayır: "Qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır".
Əksər valideynlər səpkilərə görə bunu su çiçəyi xəstəliyinə bənzədirlər. Əslində isə bu virusun həmin xəstəliklə əlaqəsi yoxdur.

Pediatrın sözlərinə görə, virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.

"Körpələrdə səpkilər yarandıqda valideynlər çox narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyimiz kimi, virus infeksiyalarının köklü müalicəsi yoxdur. Virus infeksiyası, diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir", - deyə A.Abdullaoğlu bildirib.

Nəzərinizə çatdıraq ki, hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Altay həkim belə bir halda da antibiotikdən istifadənin tam əleyginə olduğunu vurğulayıb: "Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa, dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir".

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti