Xəzər Xəbər

Fransızların yalanı üzə çıxdı – öpüşməyi neandertal kəşf edib

Cəmiyyət | 13:05 • 1 Yanvar 2018
Fransızların yalanı üzə çıxdı

İnsanaqədərki "insan” – neandertal hələ 80-120 min il bundan əvvəl müalicə olunmağı, pəhriz saxlamağı, hətta öpüşməyi bilirmiş.

Bu günə qədər isə vəhşi heyvandan seçilməyən bu insanabənzər varlıqların yalnız heyvani "izdivac”la çoxaldığını düşünürdülər.

Alimlər hesab edirdilər ki, ilk insani öpüş homo sapienslər tərəfindən "kəşf” olunub. Hələ fransızlar öpüşü öz adlarına çıxararaq dünyaya "fransız öpüşü” kimi tanıdırlar.

Amma son araşdırmalar fransızların yalanını qismən ortaya çıxardı. Niyə qismən? Çünki son neandertalın vaxtilə okeanı keçərək indiki Avropaya, daha dəqiq desək, sonralar Fransa adını almış torpağa qədəm basdığı iddia olunur.

Dolayısı ilə öpüş yenə də fransızın ayağına yazılır. Göründüyü kimi, fransız xalqı bütün dövrlərdə "kef” eləyib. Amma o da var ki, neandertal hələ Avropaya keçməmiş, mağaradaca öpüşürmüş. Nəinki öpüşür, pəhriz də saxlayır, özünü aspirin və pensillin ilə müalicə də edirmiş. Səhv oxumadınız, sadəcə aspirin və pensillini aptekdən almırdı, onun əvəzləyicisindən – özündə bu dərmanın tərkibini daşıyan bitkilərdən istifadə edirdi.

Təxminən 50 min il öncə yaşamış neandertalın sümükləri üzərində aparılan araşdırmalardan sonra alimlər onun diş sümüyündə yapışıb daşlaşmış elementlərdən belə qənaətə gəliblər. Diş sümüyündə əks cinsə aid tüpürcək hissəcikləri, həmçinin özünümüalicənin əlamətləri aşkarlanıb. Belə ki, qovaq ağacının qabığında aspirinin, kif göbələyində isə pensillinin aktiv elementləri mövcuddur. Neandertal bunu bilir, ağrıkəsici kimi istifadə edirmiş./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti