Xəzər Xəbər

Bu il 41 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib

Cəmiyyət | 15:47 • 30 Dekabr 2017
Bu il 41 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib

Bu il 41.360 müəllim diaqnostik qiymətləndirmədən keçib.


Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib. Beləliklə, ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.


2014-2016-cı illərdə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı müvafiq qaydada artırılıb. 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı isə 2018-ci il yanvarın 1-dən artırılacaq.

Xəbər lenti