Xəzər Xəbər

Həqiqət Qədirova: "2017-ci ildə vərəmdən ölüm göstəricisi azalıb"

Cəmiyyət | 11:47 • 30 Dekabr 2017
Həqiqət Qədirova: "2017-ci ildə vərəmdən ölüm göstəricisi azalıb"

"2017-ci ildə vərəmdən ölüm göstəricisi aşağı düşüb”.

 

Xezerxeber.az-ın məlumatına görə, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

 

H. Qədirova bildirib ki, 2010-cu ildə hər 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil edirdisə, 2016-cı ildə 4,6 olub, 2017-ci ildə isə ilkin göstərici 4,5 təşkil edir. Vərəmin gecikmiş və yayılmış formalarında da 2010-cu illə müqayisədə 2 dəfə azalma var. Vərəmli xəstələrin aktiv müalicəyə cəlb edilməsi, geniş miqyaslı profilaktik tədbirlər, bu xəstələrin dərman preparatları ilə tam təminatı nəticəsində son üç ildə göstəricilərdə dinamik azalmaya nail olunduğunu deyən H. Qədirova qeyd edib ki, 2010-cu ildə hər 100 min nəfərə xəstələnmə göstəricisi 53 idisə, hazırda bu rəqəm 39-dur. İlkin aşkarlanan vərəm hallarının sayı da 21 faiz azalıb.

 

İnstitutun direktoru Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən bu ilin iyun ayından çoxsaylı dərmanlarla davamlı vərəm xəstələrinin müalicəsinə başlanıldığını, bu günədək 183 xəstənin həmin müalicəyə qoşulduğunu vurğulayıb. O, vərəmlə mübarizə xidmətinin qarşısında vərəmin ölkədə azalması və gələcəkdə ləğv edilməsi kimi ciddi vəzifənin durduğunu qeyd edib.

Xəbər lenti