Xəzər Xəbər

Bakıda qrunt sularının səviyyəsi qalxıb, evləri su basıb - FOTO

Cəmiyyət | 12:26 • 29 Dekabr 2017
Bakıda qrunt sularının səviyyəsi qalxıb, evləri su basıb -

"Bilgəh qəsəbəsində 28 may küçəsi və ətraf ərazilərdə qrunt sularının səviyyəsi qalxıb. Nəticədə həyətyanı sahələr və evlərin zirzəmilərini su basıb”.


Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, bu, son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən baş verib: "Ümumiyyətlə, ərazidə qrunt sularının səviyyəsi yer səthinə çox yaxındır. Bu, yeni subasma sahəsidir. Bilgəhdə əvvəllər subasma prosesi müşahidə edilməyib”.

Dəstə rəisi qeyd edib ki, Kürdəxanı qəsəbəsi, Daş karxanası yaşayış massivi, Savalan və digər subasma sahələrində də yağıntıların təsirindən qrunt sularının səviyyəsi qalxıb və evləri su basıb: "Hazırda subasma prosesinin dinamikasında aktivlik müşahidə edilir. Qış – yaz aylarında da Bakı və Abşeronda subasma prosesinin dinamikasında aktivlik proqnozlaşdırılır”.

Xəbər lenti