Xəzər Xəbər

Dilçilik İnstitutu: Azərbaycan dilinin tarixi orfoqrafiya lüğəti yoxdur

Cəmiyyət | 17:41 • 28 Dekabr 2017
Dilçilik İnstitutu: Azərbaycan dilinin tarixi orfoqrafiya lüğəti yoxdur

Azərbaycan dilinin tarixi orfoqrafiya lüğəti yoxdur.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Məmmədli Dil Komissiyasının iclasında çıxış edərkən deyib.

O deyib: "Bizi bəzən günahlandırırlar ki, niyə işlənməyən sözləri salırsınız? Biz onları qorumaq üçün oraya daxil edirik".

İ.Məmmədli qeyd edib ki, dilimizdə yazılış forması mübahisə doğuran sözlər müəyyənləşdirilib. Həmin sözlər institutda müzakirəyə çıxarılacaq. (Trend)

Xəbər lenti