Xəzər Xəbər

Bakıda əhaliyə verilən su təhlükəlidir? Rəsmi açıqlama

Cəmiyyət | 12:59 • 22 Dekabr 2017
Bakıda əhaliyə verilən su təhlükəlidir?

"Bakı şəhərinə əhaliyə verilən içməli suda hər hansı problem, bakteriya yoxdur və su norma daxilində standartlara cavab verir".

Bunu AzVision.az Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Bakıda əhaliyə verilən suda bakteriya aşkarlanması barədə xəbərə münasibət bildirərkən deyib.

Qurum rəsmisi bildirib ki, ilboyu Bakıya daxil olan içməli sudan götürülən nümunələrdən birində bakteriya aşkarlanması suyun pis olması demək deyil.

"2017-ci ilin yanvar ayının 1-dən bu günə qədər Bakının içməli su təhcizatlarından nümunələr götürmüşük. Nümunələr təkrar götürülür ki, suyun tərkib hissəsi yoxlanılsın və nəzarət edilsin. Nəzarət funksiyası həyata keçiriləndə nümunələrin birində çirklənmə aşkar olunubsa, onun faiz göstəricisi qeyd olunur. Su təhcizatının yaxşılaşdırılması, əhalinin daimi su ilə təmin edilməsi ilə bağlı su anbarları və xətlərində yenidənqurma işləri gedir. Bulanıqlıq göstəricilərinə görə, tədqiqat zamanı belə nəticələr ortaya çıxır”.

Z.Kazımov qeyd edib ki, Bakının su təhcizatı ilə bağlı hansı ərazilərdə təmir işləri aparılırsa, həmin bölgələrdə belə nəticələr ortaya çıxa bilər: "Dəqiq yeri demək mümkün deyil. Həmçinin mərkəzi anbarların çıxışından götürülən nümunələrdən birində bakteriya aşkar edilib. Bu, anbarda problemin olması demək deyil. Su xətlərinin hər hansı hissəsindən götürülmüş nümunələr olur. Bu, onu deməyə əsas vermir ki, həmin anbarda çirklənmə var”.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun müavini Anaxanım Əliyeva ötən gün mətbuata açıqlamasında bildirmişdi ki, bu il Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz - Qəbələ - Bakı, Şollar və Xaçmaz təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6%, sanitariya - kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub.

"Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1,1 %-i sanitariya - kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar "Azərsu” ASC-nin mütəxəssisləri ilə yerində araşdırma aparılaraq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub"- A.Əliyeva vurğulayıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti