Xəzər Xəbər

Bir sulu qəlyan 200 siqaretə bərabərdir Millət vəkili

Cəmiyyət | 13:35 • 20 Dekabr 2017
Bir sulu qəlyan 200 siqaretə bərabərdir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, "Sağlam Düşüncə” Gənclər təşkilatı və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilib.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov və digər rəsmilər iştirak ediblər.

İSİM-in direktoru C. Məmmədov "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun əhəmiyyətindən danışıb. O bildirib ki, 2020-ci ilə kimi Azərbaycanda tütündən istifadənin 10% azaldılması planlaşdırılır.

M. Quliyev qeyd edib ki, "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun qəbul olunması hamı üçün vacibdir: "Qanunun mahiyyəti tüstüsüz mühit yaratmaqdan ibarətdir. Qanun qəbul edilən zaman sulu qəlyanlarla bağlı mübahisələr yaranmışdı. Nəticədə sulu qəlyanlardan da istifadə qadağan edildi. Qeyd edim ki, bir sulu qəlyandan istifadə 200 siqaretin çəkilməsinə bərabərdir”.

Millət vəkili onu da bildirib ki, İSİM-in apardığı sorğunun nəticələrinə görə Azərbaycanda tütündən istifadə edənlərin 70%-i siqareti tərgitməyə hazır olduqlarını deyiblər.

Konfrans çıxışlarla başa çatıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti