Xəzər Xəbər

Xərçəngdən ölənlərin sayı 15 faizədək artacaq

Cəmiyyət | 13:11 • 20 Dekabr 2017
Xərçəngdən ölənlərin sayı 15 faizədək artacaq

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2010-2020-ci illər ərzində Azərbaycanda qeyri-infeksion xəstəliklər (QİX), ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir"

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransında çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur: "2008-ci ildə aparılmış təhlillərə əsasən Azərbaycanda bütün ölümlərin 87 faizi QİX-in payına düşür. Statistikanın təhlili göstərir ki, ürək-damar xəstəliklərindən ölənlərin sayı 51 faiz, xərçəng xəstəliyindən ölənlərin sayı isə 11 faizdir".

Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq: "Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirlli ölkələrə aid edilir) baş verəcək. Bundan başqa, 2020-ci ilədək heç bir tədbir görülməsə dünyada və Azərbaycanda bütün ölümlərdə QİX-in payı 73 faizədək artacaq".

Xəbər lenti