Xəzər Xəbər

Məktəblilər Yeni il bayramında neçə gün evdə olacaqlar? Rəsmi Cavab

Cəmiyyət | 13:50 • 19 Dekabr 2017
Məktəblilər Yeni il bayramında neçə gün evdə olacaqlar?

Təhsil Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar orta məktəblərdə dərslərin hansı tarixlərdə keçiriləcəyinə aydınlıq gətirib.

XəzərXəbər xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsindən əvvəlki gün, yəni dekabrın 30-u həftənin şənbə gününə təsadüf etsə də, 6 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər həmin gün dərslərdə normal qaydada iştirak etməlidirlər. 5 günlük tədris həftəsi ilə oxuyanlar üçün isə dərslər dekabrın 29-da bitəcək.

C.Valehov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-i (2017-ci il), yanvarın 1, 2 və 3-ü (2018-ci il) ölkədə qeyri-rəsmi iş günü hesab edildiyindən həmin tarixlərdə məktəblərdə dərslər keçirilməyəcək. Beləliklə, 5 günlük tədris həftəsi ilə işləyən orta məktəblərin şagirdləri ümumilikdə 5 gün - dekabrın 30, 31 və yanvarın 1, 2, 3-də, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərin şagirdləri isə 4 gün - dekabrın 31 və yanvarın 1, 2 və 3-də istirahət edə biləcəklər. Yanvarın 4-də isə bütün orta məktəblərdə tədris davam etdiriləcək.

Xatırladaq ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində (5 gün) olacaq.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti