Xəzər Xəbər

`Görünməyən epidemiya`: Uşaqlarda KOR OLMA riski

Cəmiyyət | 13:09 • 19 Dekabr 2017
`Görünməyən epidemiya`:

Mütəxəssislər bu problemə qarşı "20-20-2 formulu"nu irəli sürüblər

Hollandiyalı mütəxəssislər qarşıdakı illərdə çox ciddi və geniş yayılan görmə problemləri ilə bağlı xəbərdarlıq edilib. Elm adamları buna səbəb kimi uzun müddət tablet, telefon, televiziya ekranına baxılması və kifayət qədər küçədə gün işığında oynamamanı göstəriblər.Mütəxəssislər «görünməyən epidemiya» adlandırdıqları bu problemə qarşı «20-20-2 formulu»nu irəli sürüblər.

Rotterdam Erasmus Universiteti Tibb Fakültəsinin üzvü professor dr.Karoline Klaverə görə gün ərzində telefon, tablet, yaxud da kitaba yaxından baxan uşaqların təbii göz quruluşu xarab olur. Normalda dairəvi olan göz bəbəkləri, oval şəklə çevrilir. Nəticədə gözün arxasında olan və işığı tutan hüceyrələr xəsarət alır. Hollandiyalı alimlər bunun qarşısı alımaz bir proses olduğunu bildirib.

Bu hüceyrələr itərsə, həmin adam görmə qüsurlu olacaq – oxuya bilməyəcək, üzləri tanımayacaq"

Klaver bildirir ki, həssas hüceyrələrin itməsinin müalicəsi yoxdur: «Bu hüceyrələr itərsə, həmin adam görmə qüsurlu olacaq – oxuya bilməyəcək, üzləri tanımayacaq».

Elm adamları göz problemlərinin qarşısını almaq üçün «20-20-2 formulu» tövsiyə edir. Bunun mənası belədir: 20 dəqiqə boyunca kitab, telefon, ya tabletə baxdıqdan sonra 20 saniyə ara verib gözünüzü dincəldin. Gündə ən azı 2 saat çölə çıxın.

Klaver bunun hər kəsdə eyni olmadığını, «Obyektiv gücü – 6» olan insanlar arasında korluq risqinin daha yüksək olduğunu vurğulayır.

Bundan başqa Göz Fondu müdiri Edith Mulder hazırda 20 yaşlarında olan gənclərin yarısının miyop olduğuna işarə edərək, belə gedərsə problemin daha da böyüyəcəyindən narahatçılığını ifadə edib.

Klaver gün işığının göz sağlığı üçün olduqca önəmli olduğuna işarə edib. Çünki gün işığı sayəsində göz yuvarlaq qalır və vücud hüceyrələrin xarab olmasının qarşısını alan dopamin maddəsi istehsal edir.

Hollandiyada artıq uşaqların daha çox küçədə oynaması üçün bir kampaniyaya başlanıb.

Bundan başqa tənəffüslərin artırılması təklifi irəli sürülüb. Klaver məktəb saatlarında uşaqların ən az 1 saat həyətdə oynamasını tövsiyə edir.

Faktxəbər

Xəbər lenti