Xəzər Xəbər

Azərbaycanda əhalinin neçə faizi kəndlərdə yaşayır?

Cəmiyyət | 16:58 • 14 Dekabr 2017
Azərbaycanda əhalinin neçə faizi kəndlərdə yaşayır?

Ölkə əhalisinin sayı ilin əvvəlindən 73360 nəfər və ya 0,7 faiz artıb. Noyabr ayının 1-i vəziyyətinə 9883341 nəfərə çatıb.

Bu barədə XəzərXəbər-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 52061 nikah və 12191 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Xəbər lenti