Xəzər Xəbər

Dəm qazının qoxusu olmur, ölümdən xilas olmağa çalışın – MƏSLƏHƏTLƏRİ OXUYUN

Cəmiyyət | 16:08 • 14 Dekabr 2017
Dəm qazının qoxusu olmur, ölümdən xilas olmağa çalışın

Havaların soyuması qaza olan tələbatı artırıb. Məhz, bu səbəbdən isti aylarla müqayisədə dəm qazından boğulanların da sayında artım müşahidə edilir.

Maraqlıdır, bu şəxslər niyə vaxtında xilas yolu tapa bilmir?

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bu haqda danışıb:

"Şəxs vaxtında həmin mühitdən çıxa bilərsə, həyatını riskə salmır. Dəm qazının qoxusu yoxdur. Əsas əlaməti halsızlıqdır ki, bu da 5-10 saniyədə özünü göstərməyə başlayır. Bu səbəbdən tövsiyyə edirik ki, hamam otaqlarında nəfəslik açıq olsun. Bundan başqa həmin qaz cihazlarının da quraşdırılması zamanı diqqətli olmaq lazımdır. Bəzi nüanslara diqqət yetirilmədiyi üçün dəm qazından boğulmalar, ölüm halları olur. Bəzən cihaz yerinə uyğun olmadan quraşdırılır. Bu səbəbdən də oksigen çatmır, oksigen əvəzinə dəm qazı əmələ gəlir.

A.Maqsudovun sözlərinə görə, ötən illə müqayisədə bu il dəm qazı ilə bağlı daxil olan müraciətlərin sayında artım olsa da, xəstələrin qəbulunda azalma var:

"Xəstələrin qəbulunda, zəhərlənmələrin ağırlıq dərəcəsinə görə azalmalar var. Ötən il bu rəqəm 455 idisə, cari ildə bu rəqəm 207-dir. Son bir həftədə 18 müraciətdən 9-u qəbul olunub”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti