Xəzər Xəbər

10 ayda 2134 əkiz, 42 üçəm doğulub

Cəmiyyət | 15:46 • 14 Dekabr 2017
10 ayda 2134 əkiz, 42 üçəm doğulub

Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120035 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2134-ü əkiz, 42-si üçəm doğulanlardır.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 47695 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Xəbər lenti