Xəzər Xəbər

Gündüzlər tez-tez yuxulayırsınızsa, deməli... XƏSTƏLİK XƏBƏRÇİSİ

Cəmiyyət | 13:59 • 13 Dekabr 2017
Gündüzlər tez-tez yuxulayırsınızsa, deməli...

Gündüzlər tez-tez yuxunuzun gəlməsi ciddi bir xəstəliyə tutulmanızdan xəbər verə bilər.

Keyfiyyətli yuxu insan sağlamlığı üçün əvəzsiz vasitədir.

Lakin keyfiyyətsiz yuxu insanların gün ərzində daim yuxulu halda gəzməsinə, diqqət əskikliyi kimi şikayətlərə, yüksək təzyiq, ürəkdə ritm pozğunluğu, iflic və ya ani gecə ölümlərinə səbəb ola bilər.

Yuxu ilə bağlı əsas problemlərdən biri xorlama və yuxud nəfəs tutulmasıdır. Yuxu pozğunluğu diqqətsizliyə səbəb olur ki, bu da yol qəzalarını 7-8 dəfə artırır və iş qəzalarına səbəb olur.

Bu xəstəlikdən əziyyət çəkənlərin sayı 1-4 faiz arasında dəyişir. Bu çox da böyük rəqəm olmaya bilər. Lakin diabet xəstələrinin 3, astma xəstələrinin 5 faiz sıxlıqda olduğu müəyyən edildikdə, yuxu pozuqluğundan əziyyət çəkənlərin sayı heç də az görünməməlidir.

Yuxu pozğunluğunun başlıca əlamətləri nəfəsin dayanmasıdırsa, sonrakı yerlərdə yuxu zamanı narahatlıq, tərləmə, xorlama, ağız quruması, gecə tez-tez tualetə getmək, nəfəsin kəsilməsi göstərilə bilər. Bununla yanaşı baş ağrısı, unutqanlıq, diqqət pozğunluğu, depressiya, səhərlər yuxudan yorğun oyanma, bütün günü çox yuxulu olma və yorğun hiss etmək isə yuxu pozğunluğu xəstəliyinin əsas əlamətlərindəndir.

Bu xəstəlikdən xilas olmaq üçün həyatınızda bəzi dəyişikliklər etməlisiniz. Məsələn, artıq çəkiniz varsa, arıqlamaqla yuxu pozğunluğunu 50 faiz azalda bilərsiniz. Xüsusən, spirtli içki və yuxu dərmanlarından uzaq durmalı, siqareti tərgitməli, bel üstə yatmamaq da narahatlıqları aradan qaldıra bilərsiniz.

Yuxarı tənəffüs yollarında anadangəlmə darlıq varsa, cərrahi müdaxilə ilə bunu aradan qaldıra bilərsiniz. Əlbəttə, bu qərarı meraciət edəcəyiniz mütəxəssis verməlidir.

Qeyd edək ki, nsan ömrünün 1/3-ni yuxuda keçirməsi elmi baxımdan təsdiqlənib./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti