Qoç- Emosional fon
gərgindir, bunun nəticəsində yaxınlarla münasibətlərdə çətinliklər
yaranır. Hələlik onlar xırdadır, az narahatlıq yaradır, ancaq bəziləri
üçün elə bu da kifayətdir ki, gələcəyi fikirləşsinlər, "köhnəlmiş"
əlaqələri yenisiylə əvəz etməyə çalışsınlar. Ancaq bu istiqamətdə
getməyə az adamın cəsarəti çatır.
Yaxşılığa doğru dəyişikliklər olacağına ümidinizi itirməyin. Nikbinlik
və istənilən hadisənin yaxşı bitəcəyinə inam bir növ uğuru cəlb edən
həmayilə çevrilir.
Buğa- Çoxları hövsələsizlik edir, ətrafındakılara
qarşı yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürürlər. Uzun
müddət yaxşı münasibətdə olduqlarını nümayiş etdirən insanlar tez-tez
mübahisə edirlər.
İri sövdələr bağlamaq məsləhət deyil. Xidmət, həmçinin tibb və daşınmaz
əmlak sahəsində çalışan işçilərin işi daha çətin olacaq.
Əkizlər- Əhvalınız da, işgüzar aktivliyiniz də
yerlə sürünür. Sizi doğrudan da maraqlandıran bir məşğuliyyət tapa
bilmirsiniz. Adəti əyləncələr də sevindirmir. Tərs kimi, ağlınıza da
yeni heç nə gəlmir.
Dostlarınız və ya ailə üzvlərinizlə qurduğunuz bir çox planlar
gerçəkləşməyəcək və çox güman ki, bunda elə sizin özünüzü
günahlandıracaqlar. Maliyyə vəziyyətiniz yaxşı deyil, alacağınız
gecikir, qənaət etmək gərəkdir.
Xərçəng- Yüksək işgüzar aktivliyinizlə
seçilmirsiniz. Məşğul olduğunuz heç bir iş sizdə maraq doğurmur. Çox
böyük məmnuniyyətlə öz vəzifələrinizi kiməsə tapşırardınız, ancaq belə
bir "hədiyyə"ni xoşluqla qəbul edəcək adam yoxdur.
İşgüzar danışıqlar, ümumiyyətlə ciddi məsələlərin həlli üçün münasib gün
deyil. Məişət texnikasının qırılması, rabitə vasitələrinin sıradan
çıxması mümkündür. İri alış-veriş məsləhət deyil.
Şir- Bu gün işgüzar ünsiyyət üçün münasib deyil,
danışıqları təxirə salmaq, görüşlərin vaxtını dəyişmək lazımdır. Vacib
qərarlar qəbul etmək olar, ancaq bir şərtlə: siz kimsənin sizə təzyiq
göstərmədiyindən, sizi idarə etmədiyindən tam əmin olmalısınız.
Şəxsi münasibətləri qaydasına salmaq şansı yaranır. Bunun üçün
müşahidəçillik gərək olacaq. Ətrafdakıların əsl hissləri barədə onların
mimikaları, jestləri, hərəkətlərinin xüsusiyyətləri xəbər verir - hamı
sözü dolandırır, birbaşa demir.
Qız- Emosional fon mürəkkəb və qeyri-sabitdir. İş
təkcə əhvalınızın tez-tez dəyişməsində deyil, problem daha ciddidir.
Sizi mənfi emosiyalar bürüyüb, amma onların əsl səbəbini tapa
bilmirsiniz. Bu səbəbdən yanınızda olan hər kəs sizə günahkar görünür.
Sizin üçün çox əziz olan insanları incidə bilərsiniz.
Günün ikinci yarısı vəziyyət bir qədər yaxşılaşacaq: özünüzü ələ alacaq,
baş verənlərə daha soyuqqanlı yanaşacaqsınız. Çoxdan tanıdığınız bir
xanımla açıq söhbət əvvəllər fikir vermədiyiniz faktlara başqa cür
yanaşmağınıza imkan verəcək.
Tərəzi- Narahat gündür, işləriniz çox, vaxtınız az
olacaq. İşdə hansısa məsələnin həllində çətinlik yarana bilər. Çünki
güvənməyə alışdığınız adam özünü sizin heç istəmədiyiniz tərzdə aparır.
Peşəkar mövqeyiniz laxlaya bilər: bu, gizli düşmənlərinizin
fəaliyyətinin nəticəsidir.
Yaxınlarınız sizə dəstək olur, tərifləyirlər, ancaq indiki vaxtda bu
sizə azlıq edir, real, eyni zamanda maddi köməyə ehtiyacınız var. Günün
ikinci yarısı yeni, maraqlı perspektivlər açılacaq, əsas odur, özünüzü
itirməyəsiniz.
Əqrəb- Böyük qələbələr qazana bilərsiniz. Əgər
ambisiyalısınızsa, diqqətinizi işə yönəldin, qazanacağınız nailiyyətlər
karyeranın ən yüksək pilləsi üçün bütün yollarınızı açacaq. Tərəfdaşı
düzgün seçmək çox vacibdir: unutmayın ki, bu gün həyatınızda peyda olan
insanlar orada vacib rol oynayacaqlar.
Şəxsi münasibətlər baxımından da gözəl gündür. Əqrəblər özləri üçün
qiymətli olan insanlarla yaxşı anlaşır, yalqız olanlar isə asanlıqla
maraqlı tanışlar tapırlar. Səfərlərdən imtina etməyin: yolda sizi xeyli
romantik məqam gözləyir.
Oxatan- İldırım sürətilə öhdəsindən gələcəyinizi
zənn etdiyiniz məsələnin həlli gözlənilmədən çətinə düşür. İşi bitirmək
üçün, çox güman ki, kimisə köməyə çağırmalı olacaqsınız. Əgər bu gün
səfərə hazırlaşırsınızsa, onun təxmin etdiyinizdən daha yorucu və uzun
olacağını nəzərə alın.
Ailədə münasibətlər bir qədər gərilib, qarşılıqlı anlaşma mübahisələr və
münaqişələrlə pozulur. Bu xoşagəlməz dəyişmələrin səbəbini isə
anlamırsınız. Bəzi Oxatanlar bütün günü heç sevmədikləri bir adamla
keçirməli olacaqlar.
Oğlaq- Parlaq, yaddaqalan, amma o qədər də uğurlu
olmayan gündür.Emosional, coşğunsunuz, amma düzgün qərar vermək üçün
kifayət qədər diqqətli deyilsiniz, üstəlik, götür-qoy etmək fikriniz
yoxdur. Bu gün aldığınız iş təklifləri əsl araşdırma tələb edir, onlara
tələsik razılıq vermək olmaz. Bu, eyni zamanda sövdələşmələrə və vacib
sənədlərin imzalanmasına da aiddir.
Ünsiyyətdə problemlər yarana bilər. Müsahibinizi eşidib, onu düzgün başa
düşmək heç də həmişə müyəssər olmur. Ailə üzvləri ilə mübahisələr
mümkündür. Bəzən adi, əhəmiyyətsiz məsələnin müzakirəsi qızğın
münaqişəyə çevrilir.
Dolça- Günün birinci yarısını xoş, amma faydasız
fantaziyaların əsarətində keçirəcəksiniz. Sizə elə gəlir ki,
arzularınızın gerçəkləşməsi mümkündür, sadəcə, gözləmək lazımdır. Ancaq
planlarınız qeyri-real, gözləntiləriniz isə əsassızdır.
Ətrafınızdakıların hərəkətlərini yanlış interpretasiya edir, insanların
ayağına reallığa aidiyyatı olmayan hiss və fikirlər yazırsınız.
İtkilərdən qaçmaq olar, bunun üçün vacib qərarlar verməyin, aktiv
hərəkətlərdən çəkinin. Yaxşı olar ki, çətin də olsa, bu günü istirahətə
və gücünüzün bərpasına həsr edəsiniz.
Balıqlar- İşlər düzəlir, müsbət tendensiyaların təsiri
artır. Əvvəllər etdiyiniz səhvləri aradan qaldırmaq şansı yaranır. Sizi
intuisiyanız idarə edir, bu səbəbdən səhv etmir, yeni layihələrdə
ehtiyatlılıq göstərirsiniz. Yaradıcı potensialınız artır, yaxşı ideyalar
da çoxalır. İrəliyə doğru can atın və hər şeyin alınacağına şübhə
etməyin.
Gücünüzü düzgün hesablayın, enerjiniz hələ istədiyiniz qədər çox deyil. Orqanizminizi yormayın, ağır fiziki işlə onu yükləməyin.
Milli.Az