Xəzər Xəbər

Nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur

Cəmiyyət | 10:16 • 12 Dekabr 2017
Nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur

Payızda yetişən faydalı meyvələrdən biri də xurmadır. Xurma ağacı çox məhsuldardır və onu qışda torpaq yuxuda ikən əkmək daha yaxşıdır, çünki yaz fəsli gələndə ağac artıq yeni məkanda inkişaf etməyə başlayır. Meyvələri yetişəndə qırmızı və qonur qırmızı rəngdə olur.

XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki,xurmanın təxminən 500 növü var və onun vətəni Çin hesab edilir. Ən çox Cənub-Qərbi Asiya, Yunanıstan, İspaniya, Türkiyə, Amerika və Avstraliyada yetişdirilir. XIX əsrin axırlarından etibarən məşhurlaşmağa başlayıb. Azərbaycanda da daha çox cənub bölgəsində, Göyçay, Ağdaş, Zaqatala rayonlarında Şərq xurması növü becərilir. Ondan başqa Qafqaz və Virgen xurması olmaqla daha iki növ yabanı xurmaya da rast gəlinir.

Şərq xurmasının tərkibində 13-16 faiz qlükoza və fruktoza şəkəri, üzvü turşular, yod birləşmələri və digər vitaminlər var. Ümumi zəiflik, qan azlığı, vitamin çatışmazlığı zamanı çox faydalıdır. Ürək-damar xəstəliklərinin müalicəsinə çox müsbət təsir göstərir. Tərkibində olan fosfor beynin tələbatını ödəyir. Mütəxəssislər onun acqarına yeyilməsini məsləhət görmürlər.

Xurmanın özü qədər qabığı və tumları da vitaminlərlə zəngindir. Təcrübə göstərir ki, onun meyvələri nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur. Hətta onun tumlarını qurudaraq üyüdəndən sonra kofe kimi dəmləyib içmək çox faydalıdır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti