Xəzər Xəbər

Nikaha girmək istəyərkən xəstə olduqlarını öyrəndilər və...

Cəmiyyət | 16:06 • 11 Dekabr 2017
Nikaha girmək istəyərkən xəstə olduqlarını öyrəndilər və...
"Bu il ərzində nikaha daxil olmaq üçün 127 173 nəfər müayinədən keçib. Onlardan 3 794 nəfərində talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 şəxsdə isə QİÇS aşkar edilib”


XəzərXəbər-in məlumatına görə, bu barədə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

O qeyd edib ki, cari il ərzində ailə həyatı qurmaq istəyən 38 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib: "Noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib. Müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub".

Z.Əlimirzəyeva əlavə edib ki, bu müddət ərzində 23 hamilə qadında prenatal müayinə aparılıb və onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam olub.

Xəbər lenti