Qoç- inad,
məqsədyönlülük və güclü iradə sayəsində ən mürəkkəb məsələlərin
öhdəsindən gələ biləcəksiniz. İşgüzar danışıqlar, maliyyə məsələlərinin
müzakirəsi və həlli üçün münasib gündür. Axşam vacib bir məlumat
alacaqsınız.
Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər. Ailədə liderlik
üstündə mübahisə istisna deyil. Xoşbəxtlikdən, münaqişənin yaranmasına
imkan vermir, nəzakətli olmağa çalışırsınız. Günün ikinci yarısı
ziyafyətə qatılmaq olar.
Buğa- uzun müddət sizi irəliləməyə qoymayan
emosional problemləri həll etməyin zamanı gəldi. Bu asan olmayacaq,
ancaq səylərinizin nəticəsindən məmnun qalacaqsınız. İdmanla, fiziki
işlə məşğul olmaq üçün münasib gündür - bu, həm kefinizi qaldırır, həm
də pozitiv əhvala köklənməyə imkan yaradır.
Ətrafınızdakılara qarşı gerçək marağınız yeni tanışlıqlar qurmağa imkan
verir: münasibətlər o qədər sürətli inkişaf edir ki, bəzən hətta özünüzü
də qorxudur. Ancaq perspektivlər heç də pis deyil.
Əkizlər- işgüzar əməkdaşlığa başlamaq üçün yaxşı
gündür. İnsanları sizin üçün faydalı olan əməllərə asanlıqla
yönəldirsiniz. Uzunmüddətli əməkdaşlıq barədə müqavilələr imzalaya
bilərsiniz. Vacib işgüzar və şəxsi məsələlərin müzakirəsi məhsuldar
keçəcək.
İri məbləğdə pul xərcləyə bilərsiniz. İncəsənət və şou-biznes sahəsinə
aid insanlarla ünsiyyət xoş keçəcək. Enerjiniz çoxdur, idmanla məşğul
olmaq faydalıdır. Sağlamlaşdırıcı prosedurlar səmərəli olacaq.
Xərçəng- düşünülməmiş, qətiyyətli hərəkətlər
günüdür: bunların əsl motivi heç özünüzə də bəlli deyil. İş bundadır ki,
intuisiyanız hakimiyyəti ələ alıb, sağlam düşüncə isə onun ardınca
çatdırmır. Əməllərinizin nəticəsi gözlənilməz, ancaq xoş olacaq.
Elmi ədəbiyyat oxumağınız, peşəkarlığınızı artırmaq, dünyagörüşünüzü
genişləndirmək məsləhətdir. İntellektual potensialınız çox yüksəkdir,
bundan yararlanmağa çalışın. Gözlənilmədən şəxsi xarakterli vacib
suallarınıza cavab ala bilərsiniz.
Şir- ünsiyyət üçün xoş gündür. Başqalarının
istəklərinə qarşı diqqətlisiniz, onların arzularını və ehtiyaclarını
nəzərə alırsınız. Nüfuzlu bir şəxsdə özünüz haqda xoş təəssürat yarada
biləcəksiniz. Yaxşı ideyalarınız varsa, onları həyata keçirmək üçün
köməkçiləriniz də var.
Yaradıcı potensialınız yüksəkdir. İstənilən şəraitdən çıxış yolu tapa
biləcəksiniz. Bu günə romantik görüş təyin edə bilərsiniz: gözəl və
unudulmaz olması sizin əlinizdədir. Gözlənilməz təkliflər ala
bilərsiniz, bunları qəbul etdiyinizə peşman olmayacaqsınız.
Qız- vergi, sığorta, kreditlə məşğul olan
idarələrin işçilərinin bəxti bu gün yaman gətirəcək. Mürəkkəb
hesablamalar aparmaq, biznes-plan hazırlamaq olar.
Yaranan imkandan istifadə edərək sizin üçün dəyərli olan adamlarla
münasibətlərinizi düzəldin. İndi həm çoxdankı fikir ayrılıqlarını
bitirə, həm də gələcək üçün ortaq planları müzakirə edə bilərsiniz. İri
alış-veriş etmək məsləhət deyil.
Tərəzi- risk etməyə, taleyinizi sınağa çəkməyə
meyllisiniz. Xoşbəxtlikdən, bunun nəticələri pis olmayacaq,
gözlədiyinizdən daha çox bəxtiniz gətirir. Maliyyə işlərində uğurlar
mümkündür, sərfəli sövdələr bağlaya bilərsiniz. Gözləmədiyiniz mənbədən
pul daxil ola bilər.
Əməyinizin dərhal mükafatlandırılacağını gözləməyin: hazırda gələcək
uğurlarınızın bünövrəsini qoyursunuz. Yeni ortaqlarınızla əsəkdaşlığınız
məhsuldar olacaq. Bu gün başlanan romantik tanışlıq uzun sürməsə də,
həyatınızı dəyişdirəcək.
Əqrəb- strateji məsələlərin həlli və uzunmüddətli
planlaşdırma üçün münasib gündür. İntellektual potensialınız çox
yüksəkdir, istənilən mürəkkəb situasiyadan çıxış yolu tapmağa
qadirsiniz. Ətrafınızdakılar sizinlə zarafat edir, bəzən hətta məsxərəyə
keçirlər. Amma bu, sizin əhvalınızı pozmur. Axşamadək kefiniz yaxşı
olacaq.
Səfərlər yaxşı keçir, yollarda maraqlı tanışlıqlar qura bilərsiniz.
Aktiv istirahət, idman, uzunmüddətli gəzintilər üçün yaxşı gündür. Axşam
gözlənilməz bir görüş həyatınıza güclü təsir edəcək.
Oxatan- gün sizə yorucu görünür, ancaq səyləriniz
hədər getməyəcək, əldə etdiyiniz nəticələr sevindirəcək.
Ətrafınızdakılarla asan dil tapır, onların hərəkətlərinin əsl məramını
və gizli fikirlərini vaxtında anlayırsınız. Düşmənlərinizi ifşa edə
bilərsiniz.
Ailə üzvlərinə aid xəbərlər sevindirəcək. Bir çox Oxatanların bayram
etmək üçün səbəbləri var. Bir az özünüzü nazlandırmaq, həmçinin
yaxınlarınızı sürprizlərlə sevindirmək imkanlarını qaçırmayacaqsınız.
Xərcləriniz çox olacaq, amma pulsuz qalmaqdan qorxmayın.
Oğlaq- hissiyyatlı adamların həyatı sürətlə
dəyişir, əvvəlki şübhələr və məyusluqlardan əsər-əlamət qalmır. Zəhmət
çəkin - bəhrəsini görün!
İmkanlar inanılmazdır, sadəcə, öz gücünüzə inanmağınız yetər.
Uzunmüddətli planları dəqiqləşdirmək lazım gəlir. Bu, ümumilikdə
faydalıdır. Maliyyə və əmlak məsələlərinin uğurlu həlli mümkündür.
Dolça- çox enerjilisiniz, bir yerdə dayanmaq
bilmirsiniz. Hansısa yeni bir işə başlamazdan əvvəl onu yaxşıca
götür-qoy edin. Emosiyaların təsiri altında hərəkət edir, bununla
vurnuxma, gərəksiz qayğılar yaradırsınız. Daha təcrübəli insanların
məsləhətlərini dinləyin.
Maliyyə və əmlak məsələlərilə bağlı vacib qərarlar vermək məsləhət
deyil. Ailə problemləri çox diqqət tələb edəcək. Təsadüfi tanışlıq sizdə
güclü hisslər oyadacaq. Amma bunun əsl münasibətlərə çevrilməsi şübhə
doğurur.
Balıqlar-mürəkkəb məsələlərin həlli, birmənalı
olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu gün
ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən reallaşdırıla
bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa verməyin, müsbət
tendensiyaların təsiri hələ ki, güclüdür, dayanmayın, hərəkətə keçin.
İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər zamanı
maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun. Bu gün aşiq
olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox asandır.
milli.az