Xəzər Xəbər

3 saylı avtobusun hərəkət istiqaməti dəyişdi

Cəmiyyət | 10:02 • 11 Dekabr 2017
3 saylı avtobusun hərəkət istiqaməti dəyişdi

3 nömrəli avtobusun hərəkət xəttində dəyişiklik edilib.

"BakuBus” MMC-dən XəzərXəbər-ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Şövkət Məmmədov küçəsinin bağlanması ilə əlaqədəar olaraq 3 saylı marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib:

"Belə ki, Atatürk prospekti, Şövkət Məmmədova, Abay Kunanbayev istiqaməti üzrə hərəkət edən avtobuslar artıq Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Sülaeyman Sani Axundov küçələri ilə öz hərəkətini davam etdirirlər. Avtobuslarımız əks istiqamətdə də həmin hərəkət trayektoriyasını izləyir”.

Xəbər lenti