Xəzər Xəbər

Mavi və sarıdan başqa hər rəngdə çiçək açır

Cəmiyyət | 11:32 • 9 Dekabr 2017
Mavi və sarıdan başqa hər rəngdə çiçək açır

El arasında "xınagülü" adı ilə tanınan balzaminin vətəni Afrika və Asiyanın tropik və subtropik əraziləridir. Yabanı halda ona Zənzibar adasında, Şərqi Afrika və Orta Asiyada da rast gəlmək mümkündür. 1596-cı ildə Avropaya gətiriləndən sonra ən populyar dibçək bitkilərindən birinə çevrilib.

Seleksiyaçıların səyi nəticəsində 500-dən artıq növü yaradılan balzamin birillik və ya çoxillik olur. Zoğları ətli və dikdurandır, uzunluğu 50 santimetrə çatır, yaşıl və bürünc rəngə çalan yarpaqları olur. Mavi və sarıdan başqa bütün rəng tonlarında çiçəklərinə rast gəlmək mümkündür, bəzi növləri isə məxməri çiçəklər açır. Yazın axırlarından qışın əvvəllərinə qədər çiçəkləyir, münbit şəraitdə isə ilboyu zərif çiçəklər açır. Çiçəklər solandan sonra yerində yaşıl rəngli meyvələr əmələ gəlir və onlar quruyaraq qutucuğa çevrilir, ona toxunanda partlayır və içindəki toxumlar ətrafa səpələnir.

Balzamin gözoxşayan və yaraşıqlı bitkidir, quru hava şəraitinə alışmaq və şimala baxan pəncərələrin qarşısında çiçək açmaq qabiliyyətinə malikdir./Azərtac

Xəbər lenti