Xəzər Xəbər

Sürücülərə xəbərdarlıq: Sürəti aşağı salın, sərt manevr etməyin!

Cəmiyyət | 17:48 • 6 Dekabr 2017
Sürücülərə xəbərdarlıq:

Son günlər hava şəraitinin qeyri-sabit keçməsi yol qəzaların artmasına səbəb olub.

XəzərXəbər xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sürücülərə xəbərdarlıq edərək, çiskinli hava şəraitində onları ehtiyatlı olmağa çağırıb.

"Təəssüf ki, yollarımızda qırğınlar davam edir. Bir günə 10 ölüm. Bir hadisədə 5 nəfərin ölməsi isə dünyanın hər yerində medianın diqqətini çəkən faktdır. Həmin faciə qaranlıq vaxtı çiskinli havada avtomobillərin üz-üzə toqquşması ilə baş verib. Sürücülərimizin xeylisi bəsit bir faktı unudurlar. Gecə vaxtı görünmə onsuz da məhduddur. Qarşı-qarşıya hərəkət edən avtomobillərin işıqlarının yaratdığı fon isə görünməni 50%-ə qədər pisləşdirir (gözlərin qamaşması olduqda isə görmə 0-a yaxınlaşır). Bunun üstünə islanmış şüşələri və güzgüləri də əlavə edəndə az qala gözübağlı sürmək kimi bir şey alınır. Ona görə də diqqətli olun, sürəti aşağı salın, sərt manevr etməyin, ötmədən və zolaq dəyişmədən çəkinin, əks istiqamətli zolaqlara keçməyi isə ağlınıza da gətirməyin. Belə şəraitdə hətta ayırıcı xətdən aralı, yolun ən sağı ilə sürün. Dünənki hadisə üz-üzə toqquşmadır, deməli onlardan biri əks istiqamətli zolağa keçibmiş. Nəticə göz önündədir. Bir ailənin 5 üzvü artıq yoxdur...” - ekspert qeyd edib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti