Xəzər Xəbər

İki nəfərdə paraqrip, bir nəfərdə adena virusu aşkarlanıb - Nazirlik

Cəmiyyət | 14:53 • 6 Dekabr 2017
İki nəfərdə paraqrip, bir nəfərdə adena virusu aşkarlanıb -

"Azərbaycanda oktyabrın 1-dən, yəni, qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından təxminən 63 şübhəli yaxma nümunəsi daxil olub”.

Bunu "Report”a açıqlamasında stansiyanın direktor müavini Rita İsmayılova bildirib.

Onun sözlərinə görə, nümunələrin müayinəsi nəticəsində xüsusi təhlükəli kəskin respirator xəstəliklərinin törədiciləri aşkar edilməyib: "Sadəcə qripə bənzər respirator xəstəliklərin növü olan 2 paraqrip və 1 adena virusları aşkar olunub. Bunlar qrip sayılmır, sadəcə simptomlar oxşar olur. Yəni, yüksək hərarət, boğaz ağrısı, öskürək, ürək bulanma, halsızlıq, nadir hallarda qusma da olur”.

R.İsmayılova qeyd edib ki, 51 yaxma nümunəsi 17 yaşına qədər insanlardan götürülüb: "Xəstələrin adətən həkimə müraciət etməməsi nəticəsində qripin ağırlaşmaları baş verir ki, bu da müxtəlif fəsadlara səbəb olur. Xəstə aşkar olunan kimi dərhal həkimə müraciət edərək onun təyin etdiyi dərmanlarla müalicə olunsun”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti