Xəzər Xəbər

"Denqe" qızdırma xəstəliyinə qarşı peyvənd yığışdırıldı

Cəmiyyət | 10:14 • 5 Dekabr 2017
"Denqe" qızdırma xəstəliyinə qarşı peyvənd yığışdırıldı

Filippin "Denqe" qızdırma xəstəliyinə qarşı ilk qeydiyyatdan keçmiş peyvəndin satışını ölkədə qadağan edib. Trend-in məlumatına görə, eləcə də Ərzaq məhsulları və dərmana nəzarət üzrə İdarə həmin peyvəndin ölkədə yayılmasının qarşısını almaq üçün tədbirlərə keçib.

Buna səbəb Fransanın "Sanofi" istehsalçı-şirkətinin peyvəndin pasiyentlərdə əks fəsadlar yaratması barədə yaydığı məlumat olub.

Şirkət həmin peyvəndin dərhal satışdan çıxarılması barədə göstəriş verib.

Xəbər lenti