Qoç- Diqqəti işə cəlb etməklə uğurlar əldə etmək olar. Danışıqlar aparmaq, əməkdaşlığa başlamaq və işgüzar səfərlər üçün münsib gündür. İş partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin yekdil mövqeyə gələ biləcəksiniz. Həyat potensialı yüksək səviyyədə olacaq, ovqatınız pis olmayacaq.
Buğa- siz bu çətin gündə qarşısına qoyduğu
məqsədlərə çata bilən azsaylılara aidsiniz. Hər şey sizin
inadkarlığınızdan asılıdır. Hamının və hər şeyin əleyhinizə olduğu bir
vaxtda da təslim olmursunuz. Bu, effektli taktikadır. Lakin bununla
özünüzə düşmən qazanmaq riskinə gedirsiniz.
Yaxınlarınızla istənilən söhbəti ciddi tonda aparmaq lazımdır. Bu gün
zarafatların düzgün başa düşülməyəcəyi ehtimalı var. Pul üstündə
mübahisələr istina olunmur. Bu məsələdə bir qədər güzəştə getmək pis
olmaz.
Əkizlər- Çətin vəziyyətdən qalib kimi, yalnız çətinliklərdən qorxmayan və açılmayan qapını dəfələrlə döyməyə hazır olan adamlar çıxa biləcəklər. İstənilən məqsədə çatmaq üçün böyük enerji sərfi tələb olunur. Yalnız həyat potensialının yüksək olması sayəsində səhhətlə bağlı problemlərdən yayınmaq mümkündür.
Xərçəng- yeknəsəkvə darıxdırıcı gündür. Həyatınıza
müxtəliflik gətirmək, ərafdakıları "oyatmaq" istəsəniz də, bu, yaxşı
heç nə vermir. Sizin ideyalarınız yalnız mənfi reaksiya doğuracaq.
Yaradıcılıq potensialınızı ortaya qoymaq çox çətindir. Çünki sizdən
başqa heç kim fikirlərinizin həyata keçirilməsinin mümkünlüyünə inanmır.
Şəxsi münasibətlərlə yaxşılığa doğru dəyişikliklər ola bilər.
Təşəbbüskarlığa tələsməyin. Bu gün qətiyyətli hərəkətlər yox,
ehtiyatlılıq tələb olunur. Səfərlərdə də ehtiyatlı olun. Yolda zədələr
və naxoşluq mümkündür.
Şir- gün çoxsaylı çətinlik və sınaqlar gətirəcək.
Gününüz çətin keçəcək. Sevindirici bircə şey var - yanınızda bel
bağlanası adamlar yox deyil. Yaxınlarınızla qarşılıqlı anlaşma
qaydasında olacaq, həmkarlarınız köməklik göstərməkdən imtina etməyəcək,
hətta təsadüfi tanışlarınız da imkan düşdükcə sizi dəstəkləyəcəklər.
Səfərlər uğursuzluq vəd edir. İşgüzar görüşlər də ümidlərinizi
doğrultmayacaq. Maliyyə mənzərəsi kədərlidir. Başa düşəcəksiniz ki, son
vaxtlar imkanlarınızı, olduğundan yüksək qiymətləndirirsiniz. İş yerini
dəyişmək və ya uzunmuddətli müqavilələr imzalamaq üçün əlverişsiz
gündür.
Qız- hətta kimsə özündə bir balaca əmək entuziazmı
tapsa belə, təkbaşına hünər göstərməli olacaq. Bu isə uğur şanslarını
əhəmiyyətli dərəcədə azaldır. Enerjili həmfikir tapmaq ehtimalı isə yox
dərəcəsindədir.
Bekarlığa meyllilik şəxsi həyata da təsir edəcək. Bu günə təyin olunmuş
görüşlər boş səbəblər üzündən təxirə salınacaq, təşəbbüslər isə soyuq
qarşılanacaq. Əvəzində axınla getmək və bekarlıqdan həzz almaq olar.
Tərəzi- öz tənbəlliyinizlə mübarizə aparmalı
olacaqsınız. Bu gün işgüzar aktivlik aşağı səviyyədədir, həllini
gözləyən vəzifələr isə az deyil. Köməkçiləriniz etimadı doğrultmayacaq
və başa düşəcəksiniz ki, hər şeyin öhdəsindən özünüz daha yaxşı gələ
bilərsiniz. Odur ki, döyüşkən ruha köklənin və özünüzə tez-tez
xatırladın ki, əməklərinizin mükafatı özünü çox gözlətməyəcək.
Yaşlı qohumlarınızla münasibətlərə diqqət yetirmək məsləhətdir. Bu gün
onlara qayğınız xüsusilə lazımdır. Günün ikinci yarısı ailənizin yanında
sakit istirahət üçün münasibdir.
Əqrəb- Gün əlverişsiz emosional fonu ilə fərqlənəcək. Bu, bir çox münasibələrdə, ilk növbədə, romantik münasibələrdə gərginliyə səbəb olacaq. Sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək, qısqanclıq və şübhələrlə bir-birilərinə əziyyət verəcəklər. Barışmaq isə olduqca çətin olacaq.
Oxatan- yeni başlanğıclar üçün əlverişsiz gündür. Lakin köhnə layihələri sona çatdıra biləcəksiniz. Ehtiyatlılıq nümayiş etdirmək lazımdır. Çünki qarşıdakı günlərdə neqativ tendensiyaların təsiri güclənəcək və bununla bağlı probelmlər yarana bilər. Yeni partnyorlarla əməkdaşlığa başlamaq məsləhət deyil. Sizə etibarlı dayaq lazımdır.
Oğlaq- sizi ağır gün gözləyir. Siz çətinliklərə
hazır olsanız belə, bu qədər ciddi vəziyyətlə qarşılaşacağınızı
qabaqcadan ağlınıza da gətirə bilməzdiniz. Rəhbərlik və işgüzar mühitlə
münasibətləriniz korlanacaq. Heç kim problemlərin həllində sizə yardımçı
olmaq istəməyəcək.
Gücünüzü toplamağınız lazımdır. Səhvlər yolverilməzdir. Bu, həm iş, həm
də şəxsi sahəyə aiddir. Unutmayın ki, hamıdan gizli saxlamağa üstünlük
verdiyiniz sirrin üstü bu gün açıla bilər.
Dolça- uğurlu və məhsuldar gündür. Daha çox işləyin
və əməyinizin mükafatı sizi məyus etməyəcək. Zəngin fantaziyanız
sayəsində başqalarının həll edə bilmədikləri problemlərdən çıxış yolu
tapa bilərsiniz.
Şəxsi münasibətlər baxımından çox alverişli gündür. Yaxınlarınızla
ünsiyyət və sevgi görüşləri üçün münasibdir. Yeni romanın başlaması
mümkündür.
Balıqlar- kifayət qədər çətin gündür. Birbaşa
fəaliyyət göstərmək heç cür mümkün olmur, manevrlər etmək, fəndgirliyə
əl atmaq lazım gəlir. Təəssüf ki, intriqalar meydanında bədxahlarınız
daha yaxşı oynayırlar. İşgüzar danışıqlar üçün münasib gün deyil.
Sizə təzyiq göstərmək istəyən yaxın adamlarla dil tapmaq xeyli çətindir.
Maraqlarınızı müdafiə etmək üçün kifayət qədər sərt davranmaq lazım
gələcək. Yaşlı nəslin nümayəndələri ilə münaqişələr mümkündür.
Milli.Az