Xəzər Xəbər

Qurd xəstəliklərindən necə qorunmaq olar?

Cəmiyyət | 12:20 • 4 Dekabr 2017
Qurd xəstəliklərindən necə qorunmaq olar?

Helmintozlar müxtəlif parazit qurdların-helmintlərin törətdiyi və əhali arasında, xüsusilə də uşaqlar arasında geniş yayılmış parazitar xəstəliklərdir. Askarid, bizquyruq, tükbaş, öküz teniyası, exinokokk və digər qurd növləri müxtəlif xəstəliklər törədir.

Xezerxeber.az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-qastroenteroloqu İlhamə Əmiraslanova məlumat verib.

Həkim deyib: "Respublikamızın təbii-iqlim şəraiti, əhalinin adət və məşğuliyyəti helmintozların bəzi növlərinin geniş yayılması üçün şərait yaradır. Dünyada sayı 250-yə çatan helmintozların Azərbaycanda 30-a yaxın növünə rast gəlinir. Helmintozların klinikasını bilməyib, vaxtında aşkar edilməməsi və onlara qarşı spesifik müalicənin düzgün aparılmaması bu xəstəliklərin geniş yayılmasına səbəb olur. Helmintozlar əhalinin sağlamlığına, əmək qabiliyyətinə zərərli təsir göstərməklə yanaşı, həm də kənd təsərrüfatının maldarlıq sahəsinə ciddi ziyan vurur. Məsələn, teniarinxoz ocaqlarında finioz xəstəliyinə tutulmuş iri buynuzlu mal-qara arıqlayır, südü azalır, yararsız hala düşür. Bu xəstəliyi öküz teniyası törədir.

Finozlu ətdən az qaynadılmış və ya yaxşı qızardılmamış xörəklər yedikdə öküz teniyasının sürfələri insanın bağırsağına düşür, orada parazitin baş hissəsi qovuqcuqdan çıxaraq dörd ədəd sorucu əmzikləri vasitəsilə insanın nazik bağırsağının selikli qişasına möhkəm yapışır və boyun hissəsindən yeni buğumlar əmələ gəlməyə başlayır, 3-4 aydan sonra isə xəstədən qurdun buğumları xaric olunur. Bu qurdların uzunluğu təxminən 4-15 metrəyə çatır. Bədəni zəncir düzülmüş buğumlardan ibarət olduğundan lentə oxşayır və xalq arasında lentvari və ya kəpənək qurd adlanır. Xəstələrdə vaxtaşırı qurdun axırıncı buğumlardan nəcislə yada sərbəst şəkildə xaricə tökülür və bununla da xəstə özünün kəpənək qurduna yoluxmuş olduğunu hiss edir”.

İ. Əmiraslanova bu yaxınlarda 46 yaşında qadın belə bir şikayətlə ona müraciət etdiyini bildirib: "Xəstə əsasən ümumi halsızlıq, tənginəfəslik, tez yorulma, iştahanın pozulması, baş ağrıları, ara bir qusma, alt paltarında tez- tez qurd hissəciklərinin xaric olduğunu və qarnında sancı xarakterli ağrıların olduğunu bildirdi. Şikayətləri və nəcisin ümumi müayinəsinin (tenia yumurtalarının aşkarı) əsasında xəstəyə teniarinxoz diaqnozu qoyuldu və müvafiq müalicə təyin edildi. Müalicə nəticəsində qurd baş hissəsi ilə bağırsaqdan xaric olundu”.

Qeyd edək ki, ümumilikdə qurd xəstəliklərindən qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır. Belə ki, mütəmadi olaraq dırnaqların artıq hissələri kəsilməli, hər dəfə ayaqyolundan sonra və yemək qəbulundan əvvəl əllər sabunla yuyulmalı, yataq ağları və alt geyimləri sabunlu suda və ya hər hansı yuyucu məhlullarda qaynadılmalı və ütülənməlidir. Meyvə-tərəvəz məhsulları və xüsusilə də göyərti yaxşı yuyulmalıdır. Bunun üçün istifadə olunacaq göyərtilərin bərk hissələrini (köklərini) kəsdikdən sonra onu axar su altında ilkin yuduqdan sonra xüsusi qaba yerləşdirmək üzərinə su əlavə edib xeyli müddət saxladıqdan sonra axar su altında təmiz yumaq lazımdır. Mal ətindən hazırlanmış xörəklər mütləq tam bişirilməlidir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti