Xəzər Xəbər

Təhsil Nazirliyi 3000-ə yaxın müraciəti araşdırır - Diplomlarla bağlı

Cəmiyyət | 11:41 • 4 Dekabr 2017
Təhsil Nazirliyi 3000-ə yaxın müraciəti araşdırır -

Təhsil Nazirliyi (TN) sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə araşdırdığı müraciətlərin sayını açıqlayıb.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu il Akkreditasiya və Nostrifikasiya İdarəsi nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə 2834 müraciəti icraata qəbul edib.

TN-dən əlavə edilib ki, xaricdə təhsil alan tələbələrin diplomlarının tanıdılması məqsədilə yeni qaydalar layihəsi hazırlanıb. Yeni qaydalar layihəsi rəy və təkliflərin bildirilməsi ucun aidiyyəti dövlət qurumlarına göndərilib.

Xəbər lenti