Xəzər Xəbər

Gələn il pensiyalara xərclənəcək vəsaitin həcmi dəqiqləşdi

Cəmiyyət | 15:41 • 30 Noyabr 2017
Gələn il pensiyalara xərclənəcək vəsaitin həcmi dəqiqləşdi

Milli Məclisin sabah - dekabrın 1-də keçiriləcək iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin təsdiqlənəcəyi gözlənilir.

Modern.az saytı hökumətin sabah parlamentdə müzakirəyə çıxaracağı qanun layihəsində əks olunan rəqəmləri dəqiqləşdirib.

Məlum olub ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsində gəlirlər 3 milyard 578 milyin 760 min manat, xərclər isə 3 milyard 578 milyon 760 min manat məbləğində nəzərdə tutulub.

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) 2018-ci ilcccc büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:

Əhaliyə ödənişlər üzrə xərclər - 3 495 100000 manat;

əmək pensiyalarının ödənilməsi xərcləri - 3 407 000000 manat;

məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri - 88 100000 manat;

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə - 23 300000 manat;

hamiləliyə və doğuşa görə - 28 500000 manat;

uşağın anadan olmasına görə - 7 200000 manat;

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar - 13 400000 manat;

dəfn üçün - 15 700000 manat;

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər - 20 000000 manat;

sanatoriya-kurort müalicəsi və istirahət üçün , yollayışların alınmasına - 15 530000 manat;

sığortaolunanların uşaqlarının sağlamlıq, düşərgələrində istirahətinin təşkilinə - 340000 manat;

sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına - 210000 manat;

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi) - 2 600000 manat;

Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına - 1 320000 manat;

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri - 20 500000 manat;

Müvafiq icra hakimiyyəti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri- 41 500000 manat;

Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri - 60000 manat;

Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri - 30000 manat;

Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri - 30000 manat;

Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılması xərcləri - 1 600000 manat.

Xəbər lenti