Dekabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun
iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı
gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasındaOrta
aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 4-8, bəzi günlərdə 0-2,
gündüzlər 8-13, bəzi günlərdə 3-6 dərəcə isti) olacağı gözlənilir ki, bu
da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma
24-34 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar RespublikasındaOrta
aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 2-7, bəzi günlərdə 10-15
dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın (norma 14-35 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta
aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 8-10
dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə
şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın
(norma 27-53 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta
aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi
günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 2-5 dərəcə
isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma
13-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta
aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi
günlərdə 4-9, dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10
dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir
qədər çox (norma 24-48 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta
aylıq temperaturun 5-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi
günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 6
dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın,
bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındaOrta
aylıq temperaturun 4-9 dərəcə isti (gecələr 4-8 dərəcə isti, bəzi
günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda 5-10 dərəcə
şaxta, gündüzlər 9-14, bəzi günlərdə 4-6 dərəcə isti) olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxın və bir qədər yükəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 45-106 mm) olacağı gözlənilir.