Xəzər Xəbər

IQ üçün ən kiçik test: Cəmi 17 faiz bu testdən keçə bilir

Cəmiyyət | 11:43 • 30 Noyabr 2017
IQ üçün ən kiçik test:

İnsanlar arasında Eynşteyni müəyyənləşdirmək üçün cəmi 3 sual lazımdır. Sözügedən test psixoloq Şeyn Frederik tərəfindən 2005-ci ildə Prinston Universitetində hazırlanıb və öz instiktiv reaksiyasınızı gözardı etmənizi, səbrlə və daha rasional düşünmə qabiliyyətinizi yoxlayır. Başqa sözlə, sizin intuitiv düşüncənizi analitik yöndə nə dərəcədə istifadə etdiyizi araşdırır.

Koqnitiv bacarıqlar (CRT) testi ən qısa IQ testi sayılır. Testdən uğurla keçmək üçün yaxşı düşünməli və intuitiv cavablarınıza şübhə ilə yanaşmamalısınız. Dahi olduğunuzu anlamaq üçün 3 suala da doğru cavab verməlisiniz: lakin cavabları vermə sürətiniz də önəmlidir. Cavabı nə qədər tez versəniz, intellektiniz o qədər yüksəkdir.

Suallar gründüyü qədər də sadə deyil. Hətta Harvard Universitetinin tələbələri belə sualın 3-nə də doğru cavab verməyiblər. Onların cəmi 17 faizi testdən yüksək nəticə göstəriblər.

1. Beysbol bitası və top bir yerdə 1 dollar 10 sentdir. Bita topdan 1 dollar bahadır. Top neçəyədir?

2. 5 maşın 5 dəqiqəyə 5 detal istehsal edir. 100 detal hazırlamaq üçün 100 maşına neçə dəqiqə lazımdır?

3. Göldə su zanbağı yetişən ərazi var. Hər gün bu ərazinin sahəsi iki dəfə artır. 48 günə bütün ərazi örtülərsə, su zanbağının gölün yarısını tutmağı üçün nə qədər vaxt lazımdır?

CAVABLAR AŞAĞIDADIR

IQ testinin cavabları

1. Doğru cavab: 5 sent

İnsanların çoxu 10 sent cavabını verib. Əslində daha azdır: top 5 sent olsa, bita isə 1 dollar baha olsa – yəni 1 dollar 5 sent olsa, biz 1 dollar 10 sent alarıq. Alimlər müəyyənləşdiriblər ki, 10 sent deyənlər doğru cavab verənlərə nisbətən daha səbrsizdir.

2. Doğru cavab: 5 dəqiqə

Ehtimal ki, 100 dəqiqə demək istəyibsiz. Lakin cavabdan aydındır ki, 1 maşına 1 detal üçün 5 dəqiqə lazımdırla. Deməli 100 maşına 100 detal hazırlamaq üçün də 5 dəqiqə lazımdır.

3. Doğru cavab: 47 gün

Bu, düşündüyünüz kimi 24 gün deyil. İntuitiv olaraq su zanbağında olan sahəni ikiyə bölmək istəyirsiniz. Ancaq unutmayaq ki, ərazi hər gün iki dəfə artır, deməli yarısı dolan ərazinin zanbaqla tam dolması üçün 1-cə gün lazımdır. Beləliklə, 48 gündən 1 çıxırıq və 47 gün alınır./faktxəbər

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
420 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti