Xəzər Xəbər

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? Bu əlamətlər varsa...

Cəmiyyət | 10:07 • 30 Noyabr 2017
Bakıda uşaqlar “koksaki” virusuna tutulub?

Payız-qış fəsli yaxınlaşan kimi adətən bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, virusun əlamətləri başladığı anlardan etibarən valideynlər narahat olmağa başlayırlar. Elə bu günlərdə də bağça uşaqları arasında koksaki adlanan yeni virus yayılması barədə xəbərlər yayılmağa başlayıb. Valideynlər bildirir ki, uşaqlar bu xəstəliyə eyni simptomla yoluxur. Xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə səpkilərə çevrilir. Səpkilər ovucda, ağız ətrafında, dizdə yaranır.

Uzman doktor Altay Abdullaoğluda xəstəlik barədə sosial şəbəkədə yazıb. O bildirib ki, koksaki virusları, əsasən, uşaqlarda olsa da, bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır: "Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpkilərinə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. Körpələrdə səpkilər yarandıqda valideynlər narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyim kimi bu virus infeksiyaların köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir".

Respublikanın baş pediatrı Nəsib Quliyev valideynlərin narahatlığına aydınlıq gətirib.O da bildirib ki, koksaki virusları yuxarı tənəffüs yollarının virus infeksiyasıdır: "Koksaki Amerikanın şəhəridir. Vaxtilə bu xəstəlik orada göründüyünə görə həmin şəhərin adı ilə adlanır.Bu qripə bənzər bir xəstəlikdir. Dünyanın hər yerində də buna rast gəlinir.Bizdə böyüklər adətən xaricə gedir və oradan bu xəstəliyə yoluxub gəlirlər.İndi də bu xəsətliyin epidemiyası və heç bir problemi yoxdur.Bir qədər da şayiə buraxırlar ki, bu xəstəlik çoxalıb.Elə xəstələr olanda Elmi-Tədqiqat Pediatriya İnstitutuna gəlirlər.İndi belə xəstələr yoxdur.Xəstəliyin hansı virus olduğunu müəyyən etmək üçünlaboratoriyadan müayinədən keçilməlidir. Əgər valideynlər belə əlamət görürsə, deyə bilməz ki, bukoksaki virusudur.
Valideyn bunu necə deyə bilər?Axı o uşaq nə vaxt virusoloji müayinədən keçdi?Busadə üsullarla yox, referens laboratoriyalar vasitəsilə müəyyən edilir.Biz analizləri Səhiyyə Nazirliyinə göndəririk. Orada referens laboratoriyalarda analizlər yoxlanılır.

Yayda o xəstəlik görünüb. İndi isə belə bir şey yoxdur. Olsa, mən niyə gizlətməliyəm? Çıxıb televiziyada çıxış edərəm ki, ölkədəbelə bir virus yayılıb".

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar