Xəzər Xəbər

Bəzi tələbələr CIMA sertifikasiya imtahanından azad olunacaqlar

Cəmiyyət | 14:14 • 29 Noyabr 2017
Bəzi tələbələr CIMA sertifikasiya imtahanından azad olunacaqlar

Bakı Mühəndislik Universitetinin yeni uğuru

Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin tələbələri CIMA beynəlxalq sertifikasiya imtahanının müəyyən pillələrindən azad olunacaqlar.

CIMA (Chartered Institute of Management Accountants-Idarəetmə uçotu üzrə İmtiyazlı mühasiblər İnstitutu) 1919 cu ildə Böyük Britaniyada qurulmuş, 350000 dən çox üzvü və tələbəsi olan idarəetmə uçotu sahəsində dünyanın ən mötəbər quruluşu hesab olunur.

CIMApeşəkar kvalifikasıyadır və buixtisaslaşdırma proqramı imkan verir ki, ölkənizi və ya olduğunuz yeri tərk etmədən özünüzün biznes və idarəetmə uçotu istiqamətlərində peşəkarlığınızı və keyfiyyətli mütəxəssis olduğunuzusübut edəsiniz. Bunun üçün CIMA tərəfindən təşkil olunan beynəlxalq sertifikasiya imtahanına girib tələb olunan nəticəni göstərmək kifayətdir.

Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit, Maliyyə, Biznesin idarəedilməsi və Dünya İqtisadiyyatı ixtisasları üzrə təhsil alan tələbələri ixtisaslardan asılı olaraq CIMA-nın toplam yeddi imtahanına qədər azad olma imkanı əldə edirlər.

CIMA Certificate level

BA1 Fundamentals of Business Economics

BA2 Fundamentals of Management Accounting

BA3 Fundamentals of Financial Accounting

CIMA Operational level

E1 Organizational Management

F1 Financial Reporting and Taxation

CIMA Management level

F2 Advanced Financial Reporting

Xatırladaq ki,BMU Azərbaycanda bakalavr üzrə bu imtahanlardan azad olan yeganə universitetdir və mühasibatlıq üzrə dərslər ACCA və CIMA tədris proqramlarına uyğun keçirilir. Onu da qeyd edək ki, bu nəticə CIMA-nın London ofisindən dəvət olunan mütəxəssislərinin, BMU-da müvafiq ixtisaslar üzrə həyata keçirilən tədris planları və tədris prosesi ilə yaxından tanış olmasından sonra əldə edilib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti