Xəzər Xəbər

Uşaq qidaları ucuzlaşacaq Gömrük rüsumu ləğv ediləcək

Cəmiyyət | 12:59 • 29 Noyabr 2017
Uşaq qidaları ucuzlaşacaq

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən körpə uşaqlar üçün tərəvəzin, meyvənin, qoz-fındığın və bitkilərin digər hissələrindən emal edilmiş məhsulların idxal gömrük rüsumları ləğv ediləcək, yaxud azaldılacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən, hazırda körpə uşaqlar üçün homogenləşdirilmiş tərəvəz və isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan homogenləşdirilmiş hazır məhsullara 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilir. İsti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan tropik meyvələrdən homogenləşdirilmiş hazır məhsullara isə 10 faiz gömrük idxal rüsumu tətbiq olunur.

Yanvarın 1-dən isə hazırda körpə uşaqlar üçün homogenləşdirilmiş tərəvəz və isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan homogenləşdirilmiş hazır məhsullara tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv edilir. İsti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan tropik meyvələrdən homogenləşdirilmiş hazır məhsullara isə 10 faiz deyil, 5 faiz idxal gömrük rüsumu tətbiq ediləcək.

Hazır şorbalar və bulyonlar və onların hazırlanması üçün tədarüklər qrupundan uşaqlar üçün homogenləşdirilmiş hazır mürəkkəb (qarışıq) qida məhsulları üçün tətbiq edilən 5 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılıb.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti