Xəzər Xəbər

Bakı əhalisi arasında aşkarlanan qrip virusları açıqlandı SİYAHI

Cəmiyyət | 12:46 • 29 Noyabr 2017
Bakı əhalisi arasında aşkarlanan qrip virusları açıqlandı
XəzərXəbər xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi - Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.

O bildirib ki, 3 il müddətinə Bakıda müayinə olunan kontingentin 1,7%-də B qrip virusu, 3,3%-də adenovirus, 1,8%-də sinsitsial kəskin respirator virus infeksiyaları aşkarlanıb: "Bu rəqəmlər çox kiçik göstəricilərdir. Təxminən, müayinə olunan 100 nəfərdən 2-də B qrip virusu tapılıb. Bu göstəricilərə əsasən demək olar ki, Bakıda kəskin respirator virus infeksiyaları epidemik həddi ötməyib, yəni burada epidemiyadan söhbət gedə bilməz".

Şöbə müdiri qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilin noyabr ayına olan məlumata görə, mövsümi qripdən hər il 3 - 5 milyon nəfər ağır formada xəstələnir.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti