Xəzər Xəbər

Xoşbəxtliyin SİRRİ ÇÖZÜLDÜ: sən demə... - 75 illik ARAŞDIRMA

Cəmiyyət | 12:22 • 29 Noyabr 2017
Xoşbəxtliyin SİRRİ ÇÖZÜLDÜ:

"Münasibətlər nə qədər yaxşı olarsa, insanlar o qədər sağlam və xoşbəxt olur”.

Harvard Universitetinin alimləri 75 il əvvəl başladıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

Bu universitet tərəfindən aparılan ən böyük araşdırma hesab edilir. 1938-ci ildən başlayan araşdırmada iştirak edənlərin 60-ı hələ də, həyatdadır. 724 kişi üzərində aparılan araşdırmada iki qrup insan müayinə edilib. Birinci qrupda Harvard Universitetində oxuyan ikinci kurs tələbələri, ikinci qrupda Boston şəhərində yoxsul bir bölgədə yaşayan uşaqlar təcrübəyə cəlb edilib.

Alimlər hər iki qrup üzvləri ilə müsahibələr edib, anketlər doldurub, beyin fəaliyyətini incələyib, qan nümunələrini götürüb, tibbi məlumatlarını incələyib, ailələri ilə görüşüblər.

Zamanla bu araşdırmaya həmin şəxslərin həyat yoldaşları və uşaqları da cəlb edilib. İlk dəfə olaraq keçirilən bu cür araşdırma nəticəsində maraqlı məqamlar əldə olunub. Ən önəmli nəticə isə yaxşı münasibətlərin insanları daha xoşbəxt və sağlam etməsidir.

Yaxınları ilə münasibətləri pis olan və ya tək yaşayan insanlar daha çox dərd çəkir. Həmçinin onlar sağlam olmur, həyatdan da məmnun qalmırlar./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti