Qoç- ciddi
problemləri götür-qoy etmək üçün münasib gündür. Situasiyanı analiz
etmək, başqalarının nəzərdən qaçırdıqlarını görmək iqtidarındasınız.
Vacib işlərlə məşğul olmaq, uzunmüddətli təsiri olan qərarlar vermək
olar. Həm öz gücünüzü, həm yaranan şəraiti düzgün qiymətləndirirsiniz.
Gün hüquqi məsələlərin həlli, hüquqşünaslar, məmurlar, hüquq-mühafizə
orqanlarının əməkdaşları ilə ünsiyyət üçün münasibdir. Bir çox Qoçlar
üzərlərinə müəyyən məsuliyyət götürür, vəd verir və onları sözsüz yerinə
yetirirlər.
Buğa- məhsuldar və maraqlı gündür. Bir çox
problemləri qeyri-standart yanaşma yolu ilə həll edə bilərsiniz.
Cəmiyyətin həyatında, xeyriyyə aksiyalarında iştirak etmək
məsləhətlidir. Özünüzə qapanmayın. Hətta ətrafınızdakılarla təmaslar
sizə yorucu görünsə belə, sizin ünsiyyətə ehtiyacınız var.
İri alış-veriş etmək olar. Xanım Buğaların bu, yaman xoşuna gələcək: həm
qarderoblarını, həm imiclərini yeniləyə bilərlər. Axşam romantik görüş
vəd edir, onu unutmaq çətin olacaq.
Əkizlər- bu gündən çox şey gözləməyin. Azacıq da
olsa, ciddi maneə ilə rastlaşan kimi başladığınız işləri yarımçıq
qoymağa meyllisiniz. Təbiətinizə xas qətiyyət və inad bu gün sizi tərk
edib.
Ətrafınızdakılara diqqət edin, işgüzar danışıqlarda şəxsi simpatiyanızı
nümayiş etdirməkdən çəkinməyin (təbii ki, qədərində). Ola bilsin ki,
məhz yaxşı təəssürat oyatdığınıza görə nüfuzlu bir şəxs sizə dəstək
versin.
Xərçəng- yaxşı, asan gündür. Arxayınlaşıb ümumi
axına qoşulmaq olar: o, sizi istədiyiniz yerə aparıb çıxaracaq. Əvvəllər
aldığınız bilikləriniz və təcrübə köməyinizə gələcək. Vacib qərarları
asanlıqla verirsiniz - siz, sadəcə olaraq, intuisiyanızı dinləyirsiniz,
onlar da səhvsiz alınır.
Ətrafdakılarla münasibətlər ahəngdardır. Asanlıqla gözəl təəssürat
yaradır, insanların rəğbətini qazanırsınız. Yaxın zamanda həyatınızı
dəyişə biləcək bir insanla rastlaşa bilərsiniz.
Şir- ciddiləşin, o zaman heyrətamiz nəticələr
qazana bilərsiniz. Nailiyyətləriniz inanılmaz ola bilər, ancaq bu zaman
gərək xırdalıqları unutmayasınız, başqalarının diqqət yetirmədiklərini
görməyə çalışın. Güclü intuisiyanız və fərasətiniz sayəsində
düzəldilməsi mümkün olmayan səhvlərdən qaçacaq, yumorun hesabına isə
ətrafdakılarla münasibətləri yumşaldacaqsınız.
Kütlə qarşısında çıxışlar və ictimai tədbirlərdə iştirak üçün münasib
gündür. Yeni tanışlıqlar xeyrinizədir. Buna baxmayaraq, bu gün
rastlaşacağınız insanlar sizdə güclü təəssürat yaratmayacaqlar.
Qız- xoş, asan, maraqlı gündür. Ağlınıza maraqlı
fikirlər gəlir və dərhal onlardan yararlanırsınız. Yaradıcı
potensialınız çox yüksəkdir. Yeni bir işə başlaya bilərsiniz, uğur
qazanacağınıza əmin olun. Ünsiyyət üçün münasib gündür, istənilən
xarakterli görüş təyin edə bilərsiniz.
İnsanlarla ünsiyyətdən nəinki zövq alır, həm də bundan yaxşıca
yararlanırsınız. Ətrafınızdakılar bundan duyuq düşmürlər və buna görə də
aranızda inciklik yaranmır. Uzaqdan vacib xəbərlər ala bilərsiniz.
Dəyərli hədiyyələr almağınız da mümkündür.
Tərəzi- heç də düşündüyünüz kimi pis gün deyil.
Ciddi nailiyyət və başgicəlləndirici qələbə qazanacağınıza
hazırlaşmayın. Çox mümkündür ki, bunların miqyası xırda olacaq, amma
kefiniz korlanmayacaq. Qabaqlar böyük həvəslə başladığınız işə marağınız
azalır. Bir az fasilə verib istirahət edin.
Gəzintiyə, yaxud ekskursiyaya, ən yaxşısı - romantik səyahətə gedin.
Şəraitin dəyişməsi və sevdiyiniz şəxslə birlikdə vaxt keçirmək imkanı
çox faydalı olacaq. Bir çox Tərəzilərin kefini uşaqlarla ünsiyyət
açacaq.
Əqrəb- sahibkarlar ciddi uğurlara və sərfəli
sövdələşmələrə ümid edə bilərlər. Günəmuzd işləyənlərin isə gəlir
baxımından bu gün bəxtləri gətirmir. Danışıqlar aparmaq olar, amma son
qərarı vermək hələ tezdir.
Hissiyyat və intuisiya çox güclənib. Bəziləri ətrafdakıların fikrini
oxumağa qadirdirlər. Aldığınız məlumatdan elə istifadə edin ki, kimsə
zərər görməsin.
Oxatan- xoş gündür. Gözlənilməz uğurlar, qələbələr mümkündür. Sırf maraq naminə girişdiyiniz işlər yaxşı gəlir gətirir. Eksperiment və risk etməkdən, qeyri-adi qərar qəbul etməkdən çəkinməyin. Bir çox hallarda məhz ekstravaqant hərəkətlər ən düzgün olacaq.
Yaradıcı potensialınız çox yüksəkdir. Oxatanlar gözlənilmədən qeyri-adi istedadlarını kəşf edəcəklər. Çox cazibədarsınız, sizə vurulmamaq çətindir, odur ki, diqqətin çoxluğuna təəccüblənməyin.
Oğlaq- bu gün xeyli gözəl hadisə vəd edir. Özünüzə
və uğurunuza inanın. Risk etməkdən çəkinməyin: siz ciddi təhlükə olmayan
anda qətiyyətli hərəkət etmək üçün kifayət qədər ehtiyatlısınız.
Təmaslarda diqqətli olun, sonradan sizə böyük ziyanı dəyən bir adamla
işbirliyinə girə bilərsiniz.
Yaxınlarınızla əla dil tapırsınız. Ümumi məqsədlərə çata bilirsiniz.
Hamının maraqlarını nəzərə alırsınız. Gələcək planları, alış-verişi,
istirahəti müzakirə etmək olar. Planlaşdırılmamış səfərlər maraqlı və
xoş keçəcək.
Dolça- işlərdə bəxtiniz gətirəcək. Xeyli nailiyyət
qazanmaq şansınız var. Rəqiblərinizi xeyli geridə qoya, çox nüfuzlu
düşmənlərinizə qalib gələ bilərsiniz. Adəti üzrə olduğundan daha çox
risk etməyə meyllisiniz, bu isə ciddi itkilərə yol açır.
Güclü intuisiya və fantaziyanız şəxsi problemləri həll etməkdə
yardımçınız olur. Sevdiyiniz şəxsə mürəkkəb bir işdə kömək edir, daxili
təzadlarını yenməkdə ona kömək olursunuz. Bir sözlə, yaxınlarınızla
münasibətlərdə ahəngdarlıq hökm sürür.
Balıqlar- gözlənilməz kəşflər və faydalı tapıntılar
günüdür. Məntiqlə intuisiya arasında balansı tapınca rəqibləriniz
qarşısında 1:0 üstünlük qazanacaqsınız. Qəfil xəbərlər sizə ilham verir,
hiss edirsiniz ki, çox şeyə qadirsiniz.
Cazibəniz artır, insanlar sizə doğru can atırlar. Yeni dostlar, yaxud
ömür-gün yoldaşı tapa bilərsiniz. Pulgir olmayın: bu gün pul dalınca
qaçmağınız qətiyyən məsləhət deyil, həyatda daha dəyərli şeylər var.
Milli.Az