İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyi (İTSDA) pilot ərazilərdə - Mingəçevir və Yevlaxda
noyabrın 6-19-da şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr
olunmuş sağlamlıq həftələri təşkil edib.
Agentliyin ictimaiyyətlə əlaqələr sektorundan
XəzərXəbər-ə verilən məlumata görə, sağlamlıq həftələri ərzində müxtəlif yaş
qruplarına aid 2314 nəfər tibbi müayinələrdən keçərək ailə həkimləri
tərəfindən onlara müvafiq məsləhətlər verilib.
Sağlamlıq
həftələri müddətində 598 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə
müxtəlif laborator və instrumental müayinələrdən keçib.
Müraciət
edən vətəndaşların 423 nəfəri 0-15 yaş, 267 nəfəri 16-25 yaş, 325
nəfəri 26-35 yaş, 349 nəfəri 36-45 yaş, 402 nəfəri 46-55 yaş, 536 nəfəri
56-70 yaş arasında, 12 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Müraciət
edənlərin tibbi müayinələrdən keçmə tezliyi müxtəlifdir. 896 nəfər son 1
ay ərzində, 359 nəfər son 3 ay, 387 nəfər son 6 ay ərzində, 171 nəfəri
son 1 il ərzində, 103 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib.
3-5 il ərzində müayinələrdən keçənlərin sayı 242 nəfər təşkil edib. 156
nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub.
Ümumi müraciət etmiş 2314 nəfərdən 1642 nəfəri son 6 ay ərzində
müayinələrdən keçib.
Müraciət etmiş 2314 nəfərdən 778 nəfərinin
2-ci tip şəkərli diabet xəstəsi olduğu təsbit edilib. Ailə həkimləri
tərəfindən 123 nəfərdə 2-ci tip şəkərli diabet xəstəliyi erkən
aşkarlanaraq xəstələrin müvafiq müalicəyə başlaması təmin edilib.
Şəkərli
diabet xəstələrinin səhhətlərində yarana biləcək problemlərin və
diabetlə bağlı ağırlaşmaların profilaktikası məqsədilə Agentlik
tərəfindən pilot ərazilərdə Şəkərli Diabet Məktəblərinin yaradılmasına
başlanılıb.