Xəzər Xəbər

Payızın özü ilə gətirdiyi bəla Necə qurtulmalı?

Cəmiyyət | 14:23 • 28 Noyabr 2017
Payızın özü ilə gətirdiyi bəla

Payız mövsümündə insanlarda nevroloji və psixoloji simptomlar daha çox müşahidə edilir.

Payız mövsümündə hava şəraitinin dəyişməsi əhval-ruhiyyəmizlə bərabər sağlamlığımıza da təsir edir. Daha çox xroniki yorğunluq, istəksizlik, yuxu ritminin pozulması və gərginlik tipli başağrıları ilə özünü göstərən nevroloji və psixoloji simptomlar təzahür edir. Bəs nə etməli?

Nevroloq Rima İbadovanın AzNews.az-a verdiyi məlumata görə, şəxs xaraktercə depresiyaya yaxındırsa, payız mövsümündə depresiyaya girmə ehtimalı daha yüksəkdir:

"Bəzən daha ciddi problemlər payız yorğunluğu ilə qarışa bilər ki, bunlardan tiroid problemləri, hipovitaminoz (xüsusən D, B12 vitamin əksikliyi), anemiya, ürək-damar problemləri, hipoqlikemiya, insulin rezistentliyi və s. daha genişdir. Yuxu rejiminə doğru riayət etməklə, mövsümi bol vitaminli qidalardan istifadə etməklə, irəli yaşlarda şəkər, təzyiq, xolesterin, qanın yüksək laxtalanması kimi risk faktorlarına ciddi nəzarət etməklə və ən nəhayət, sevdiklərinzin əhatəsində sevdiyiniz işlə məşğul olmaqla payız yorğunluğu və depresiyasından, onun yarada biləcəyi fəsadlardan qoruna bilərsiniz"

İstənilən halda, xroniki yorğunluq, ağrı hiss edən zaman həkiminlə məsləhətləşməniz tövsiyə edilir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti