Xəzər Xəbər

Avtomobilin qışa hazırlığı Bunlara diqqət edin...

Cəmiyyət | 16:03 • 23 Noyabr 2017
Avtomobilin qışa hazırlığı

Sürücülər baş verə biləcək qəzarlardan qorunmaq üçün avtomobillərini fəslə uyğunlaşdırmalıdır.

Qış mövsümünün yaxınlaşması avtomobillərin qışa hazırlıq məsələsini yenidən gündəmə gətirib.

Avtomobil ustası Sahil Ağabəyli qışa hazırlıqla bağlı sürücülərə bir neçə məsləhət verib. Usta bildirib ki, təhlükəsizlik baxımından avtomobilin şinlərinə diqqət etmək lazımdır:

"Avtomobilini Bakı şəhərində idarə edən sürücülərin fəsil dəyişikliyi ilə bağlı nəqliyyat vasitəsinin yağını dəyişməyə ehtiyac yoxdur. Hansı yağdan istifadə olunursa, onunla da davam etməlidir. Lakin Quba, Qusar, Naxçıvan kimi soyuq iqlimə malik ərazilərdə sürücülər yağ dəyişliyi edə bilərlər.

Paytaxt üçün qar təkərlərinin istifadə olunması vacib deyil. Çünki il ərzində Bakıya 3-4 dəfə qar yağır. Qar təkərləri məhz qar yağan zaman istifadə olunduğu üçün sürücülərin bu təkərləri alması o qədər də vacib deyil. İkitərəfli təkərlərdən istifadə daha yaxşı olar”./metbuat.az

Xəbər lenti