Xəzər Xəbər

Notariat fəaliyyəti üçün imtahan keçiriləcək DİM

Cəmiyyət | 15:52 • 23 Noyabr 2017
Notariat fəaliyyəti üçün imtahan keçiriləcək

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

DİM Ədliyyə Nazirliyi ilə birgə noyabrın 25-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

İmtahan saat 11:00-da başlayır və DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (əvvəlki BakıAsiya Universiteti) xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılacaq.

Namizədlər "imtahana buraxılış vərəqəsi”ni (bildiriş) 23-24 noyabr tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin inzibati binasından ( Bakı şəhəri, Azadlıq prospekti, 72) götürməlidirlər.

İmtahanda iştirak etmək üçün 93 namizəd qeydiyyatdan keçib. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 20 sual isə məntiqi nəticə çıxarma bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Ədliyyə Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

İmtahan 3 sааt dаvаm еdəcək. Qanunvericilik sahəsinə aid testlər üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlər üzrə isə hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Toplana bilinən maksimal bal 90-dır. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunur. İmtаhаn nəticəsində ümumi bаlı 55 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

İmtahanda iştirak etmək üçün namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti