Xəzər Xəbər

Azərbaycanda əhalinin təbii artım göstəriciləri aşağı düşüb

Cəmiyyət | 17:33 • 22 Noyabr 2017
Azərbaycanda əhalinin təbii artım göstəriciləri aşağı düşüb

Son 20-25 il ərzində Azərbaycanda əhalinin təbii artım göstəriciləri aşağı düşüb, ölüm göstəricisi yüksəlib.

Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov deyib.

"Sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərmiş, təbii artım göstəriciləri aşağı düşüb, ölüm göstəricisi yüksəlib. Hazırda demorqafik göstəricilərdə sabitləşmə müşahidə edilir. Demoqrafik göstəricilərin nizamlanması üçün daha fəal demoqrafik siyasətin həyata keçirilməsinə, analara və uşaqlara göstərilən dövlət qayğısının artırılmasına böyük ehtiyac var".

Z.Eminov bildirib ki, 1990-1995-ci illərdə Rusiyaya MDB və Baltikyanı ölkələrdən köç edənlər 39,9%, Azərbaycandan bu ölkələrə miqrasiya edənlər isə 61,6% təşkil edib. Son dövrlərdə isə ölkədən Rusiyaya gedənlərin sayı xeyli azalıb. Hazırda Bakıda rusların sayı 120 min olmaqla, respublikada 140 min nəfərdir. Ermənilərin sayı isə Bakıda 20 min, ölkədə 120 min nəfərdir.

Z.Eminov qeyd edib ki, ölkədə demoqrafik inkişafın nizamlanması üçün dörd Dövlət proqramı qəbul edilib. Artıq sayca 5-ci olan yeni "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın layihəsi (2015-2025) üzərində iş aparılır. (Trend)

Xəbər lenti