Xəzər Xəbər

"Ali təhsilli gənclərimiz iş axtarırlar, amma yeni iş yeri yaratmırlar"

Cəmiyyət | 11:57 • 22 Noyabr 2017
"Ali təhsilli gənclərimiz iş axtarırlar, amma yeni iş yeri yaratmırlar"

Azərbaycanda tələbələr təhsillərini başa vurduqdan sonra diplomlarını götürüb müəssisələrin qapılarına gedir və iş axtarırlar. Təəssüf olsun ki, bizim ali təhsilli gənclərimiz iş axtarırlar, amma yeni iş yeri yaratmırlar.

Bunu AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, yeni gənc nəsil özü üçün iş yeri yaratmaq barədə düşünməlidir: "Bəzən deyirlər ki, mən doktoranturanı bitirmişəm. Amma bu yanaşma kökündən dəyişməlidir".

Ə.Sadıqov elm sahəsində plagiatlığın da son dərəcə aktual olduğunu bildirib.

O qeyd edib ki, bu sahədə etik normalar pozulur: "Çox asanlıqla bir alimin elmi tədqiqat işinin nəticələri istinad edilmədən, yeni elmi nəticə kimi verilir. Gənclərə tövsiyə edirəm ki, elmi işlərində yeni və köhnə elmi nəticələri qeyd etsinlər. Özlərinin kiçik elmi nəticələri olsa belə, onu qeyd etsinlər".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti