Xəzər Xəbər

Azərbaycanda bu il 65 min nikah qeydə alınıb

Cəmiyyət | 09:48 • 22 Noyabr 2017
Azərbaycanda bu il 65 min nikah qeydə alınıb

Ötən bir ildə Azərbaycanda qeydiyyat orqanlarında 337 mindən artıq vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.


Bunu ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə "Azərbaycan” qəzetində işıq üzü görən "Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsi yaşayır” başlıqlı məqaləsində yazıb.

Ədliyyə naziri ötən dövr ərzində Azərbaycanda doğumun sayının 150 min, nikah sayının isə 65 min təşkil etdiyini bildirib. Məqalədə qeyd edilib ki, Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4100-dən artıqdır, KİV-lərin sayı isə 5200-ə çatıb.

Xəbər lenti