Xəzər Xəbər

Onurğa beyninin törəməsi xaric edilmiş pasiyent tam sağalıb

Cəmiyyət | 12:20 • 21 Noyabr 2017
Onurğa beyninin törəməsi xaric edilmiş pasiyent tam sağalıb

Qanamış "mixopapillar ependimoma” – bu törəmələr onurğa beyninin aşağı hissələrində inkişaf edir. Yavaş böyüyüb, bəzən çox böyük ola bilirlər.


Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) AZƏRTAC-a bildiriblər ki, bu tibb müəssisəsinə müraciət edən, bel və hər iki aşağı ətrafında şiddətli ağrıdan şikayəti olan 55 yaşlı pasiyentə bel-omba MRT-si olunub. Müayinə nəticəsində onurğa beynində törəmə aşkarlanıb.


RMDM-in həkim-neyrocərrahı Azər Əkbərovun məlumatına görə, əməliyyat ilə törəmə tam xaric edilib: "Xəstəmizdə törəmə qanadığı üçün kəskin simptomlara səbəb olmuşdu və vaxtında aşkar edilərək tam xaric edilib. Xəstədə heç bir ağırlaşma baş verməyib və o əməliyyatın 3-cü günündə yeriyərək klinikamızı tərk edib. Əməliyyatdan sonra pasiyentin heç bir şikayəti və xəstəliyin təkrarlanmasının radiolojik əlaməti yoxdur. Xəstəlikdən tam azad edilən pasiyentləri görmək həkim üçün ən böyük mükafatdır”.

Xəbər lenti