Qoç- əqli əmək,
maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və
elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın
mütaliəsi, eləcə də, dünyagörüşünün artırılmasına yardım edən digər
məşğuliyyətlər tövsiyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma
istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla.
Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə
iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların
rəğbətini qazanacaqsınız.
Buğa- əlverişsiz gündür. Taledən hədiyyə,
ətrafdakılardan xoş sürprizlər gözləməyin. Nail olmadığınız hər şeyi
yalnız öz gücünüzlə əldə edə bilərsiniz. Təbii ki, buyorucudur. Hansısa
yeni layihə üzərində işə başlanması mümkündür. İlk addımlar çətin
olacaq.
Yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Sizin
davranışınızdakı olduqca kəskin dəyişiklik ətrafdakıları çıxılmaz
vəziyyətə salacaq. Davranışlarınızın nədən yarandığını izah etməyə
çalışın.
Əkizlər- bu gün işgüzar məsələlərin həlli üçün
yaxşı gündür. Həyat potensialı, enerjiniz və mənəvi gücünüz yüksəkdir.
Bu, uğur əldə etmək üçün lazım olacaq. Yeni çətin işlər meydana çıxacaq.
Amma onların öhdəsindən əla gələcəksiniz. Siz hədəfə doğru qətiyyətlə
irəliləyirsiniz, heç nə və heç kim sizi bu yoldan döndərə bilməyəcək.
Başqa yerə köçmək, təmirə başlamaq olar.
Siz cəmiyyət üçün faydalı nəsə etmək imkanını əldən buraxmayacaq və öz
işinizin nəticəsindən razı qalacaqsınız. Yeni tanışlıqlar mümkündür.
Xərçəng- Dostlarla görüşlər, yaxınlarla ünsiyyət sevinc bəxş edəcək. Qonaq qəbul etmək üçün münasib gündür. Vacib məsələləri evdə müzakirə etmək tövsiyə olunur. Uğurlu bazarlıqlar mümkündür. Bu gün həm gündəlik istifadə üçün adi şeylər, həm də qeyri-adi, ekstravaqant nəsə almaq olar.
Şir- bütün qarşıdurma və münaqişələr kəskinləşəcək, ailə münasibətləri korlanacaq. Maliyyə mənzərəsi əlverişsizdir. Bu gün sövdələşmələrə getmək, iri bazarlıqlar etmək tövsiyə olunmur. Bundan başqa, təmirə başlamaq, başqa yerə köçmək və daşınmaz əmlakla bağlı sənədləri imzalamaq olmaz.
Qız- bu gün daha çox romantik görüşlər üçün
münasibdir. Ulduzlar tənha Qızlarasevgi macəraları vəd edirlər. Artıq
sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş nəsə əlavə edə
bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər zəngin olsa da,
axşam yorğunluq hiss etməyəcəksiniz.
Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq.
Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla
vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir.
Tərəzi-asanından tutmuş çətininə qədər müxtəlif
məsələlərin həlli üçün əlverişli gündür. Bütün çətinliklərin öhdəsində
gələ biləcəksiniz. Üstəlik, seçdiyiniz üsullar səy tələb etməyəcək.
Həmkarlarınız və partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin
hamı sizin nöqteyi-nəzərinizin düzgün olduğunu qəbul edəcək. Sadəcə
olaraq, bunun geci-tezi var.
Həyat potensialı yüksəkdir. Siz enerji ilə dolusunuz və özünüzü yaxşı
hiss edirsiniz. Fiziki işlə məşğul olmaq, idman yarışlarında iştirak
etmək olar.
Əqrəb- işlərdə problemlər mümkündür. Fikri diqqət
tələb edən məsələlərə yönəltmək çətin olacaq. Üstəlik, ətrafdakılar
sizin işlərinizə yersiz müdaxilələr edəcəklər. "Ayı xidməti" göstərən
bədxahlardan qorunmaq lazım gələcək. Daşınmaz əmlak almaq, təmirə
başlamaq, biznesə pul qoymaq tövsiyə olunmur.
Çoxdan gözlədiyiniz xəbəri ala bilərsiniz. Darıxdığınız adamın özünü
xatırlatması da istisna deyil. Ümumi planların, birgə fəaliyyətin
müxtəlif aspektlərinin müzakirəsi üçün yaxşı gündür.
Oxatan- sizinlə manipulyasiya etmək çox asandır.
Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan
istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı
məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya
fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən
çəkinmək tövsiyə olunur.
Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə
çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər
yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım
edəcək.
Oğlaq- gün uğurlu başlayacaq. Siz gümrahlıq və
yaşam gücünüzün artdığını hiss edəcəksiniz. Səhər saatları qadınlarla
ünsiyyət üçün münasibdir. Axşama doğru isə güclü cinsin nümayəndələri
ilə dil tapmaq daha asan olacaq.
Bu gün diqqət mərkəzində ola bilərsiniz. Yeni tanışlıqlar asan
qurulacaq, baş gicəlləndirən romanlar başlayacaq. Çətin vəziyyətlərdə
diplomatiklik və nəzakət köməyinizə çatacaq: hətta ən küsəyən adamlar da
sizdən narazı qalmayacaqlar.
Dolça- o qədər də əlverişli gün deyil.
Ümidlərinizin qismətində doğrulmaq yoxdur. Amma siz bununla o dəqiqə
barışmaq istəməyəcəksiniz. Bu gün üçün qurduğunuz planlar, çətin ki,
həyata keçsin.
Dolçalarbu gün çox qısqancdırlar (bu, bürcün adətən qısqanclıqdan uzaq
nümayəndələrinə də aiddir) və bu səbəbdən sevdikləri adamla
münasibətlərdə çətinliyi özləri yaradacaqlar. Tənha Dolçalara isə
sakitliyi qorumaq çətin olacaq, onlar boş şeylərə görə əsəbləşəcəklər.
Xüsusi ehtiyatlılıq tələb olunur. Çünki zədələr baxımından təhlükəli
gündür.
Balıqlar- bu gün çox maraqlı olacağını vəd edir. Siz
kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun əhval-ruhiyyəyə
ildırım sürətilə düşürsünüz. Bir çox Balıqlar özlərində gözlənilməz
istedad və qabiliyyətlər aşkarlayacaqlar.
Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil.
Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə
bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz.
Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala
bilərsiniz.
Milli.Az