Xəzər Xəbər

Bu il Bakıda xəstəxanalardan kənarda 83 körpə dünyaya gəlib

Cəmiyyət | 12:42 • 20 Noyabr 2017
Bu il Bakıda xəstəxanalardan kənarda 83 körpə dünyaya gəlib

"Bu ilin ilk 10 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 567 680-dan artıq ümumi müraciət daxil olub".

"Report" xəbər verir ki, bunu Stansiya baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müraciət edənlərdən 52 965-dən çoxu xəstəxanalara yerləşdirilib: "Uşaqlar üçün edilən çağırışların sayı 65 300-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 10 480-dən artıq olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1600 nəfərdən çox olub".

Baş həkimin müavini əlavə edib ki, ürək-qan damar xəstəlikləri ilə müraciətlərin sayı 123375, hospitalizasiya 10287, miokard infarktı ilə müraciətlərin sayı 697, hospitalizasiya 657-ə yaxın, insultla müraciətlətin sayı 3100 , hospitalizasiya 27 72, doğuşla bağlı müraciətlərin sayı 2573, hospitalizasiya 2561, zədələnmələrin sayı 17250, hospitalizasiya 10734 olub. Bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1937, hospitalizasiya 1691 olub ki, bu rəqəmdə də keçən illə müqayisədə artım qeyd edilir.

İ.Əliyeva vurğulayıb ki, tibb müəssisələrindən kənarda doğuşların sayı 83 olub: "Onların da hamısı hospitolizasiya olunub. BŞT və TTYS-nın bölmələrinə birbaşa müraciətlərin sayı 31510, hospitalizasiya 2591 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 20893-dür. Bunlardan da 2926- sı uşaqlardır, hospitalizasiya 1915 təşkil edir. Bədbəxt hadisələr zamanı hospitalizasiya olunanların sayı 13962, bunların da 1915 nəfəri uşaqlardır.

Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalar məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti