Xəzər Xəbər

Bu günün havasından xəbəriniz olsun!

Cəmiyyət | 11:06 • 19 Noyabr 2017
Bu günün havasından xəbəriniz olsun!

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Xəbər lenti