Xəzər Xəbər

Sabah imtahan olacaq

Cəmiyyət | 10:04 • 17 Noyabr 2017
Sabah imtahan olacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 18-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.

İmtahanın Bakı şəhəri Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında olacaq.

İmtahana qeydiyyat noyabrın 17-si saat 18:00-da başa çatacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "şəxsi kabinet”lərini yaratmalıdır. "Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.Test imtahanına qeydiyyat və digər zəruri məsələlər haqqında aşağıdakı linkdə daha ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/news/events/3493/

Xatırladaq ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı isə 17 dekabrda keçiriləcəkdir və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr 2017-ci il tarixinədək davam edəcəkdir. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://dim.gov.az/news/events/3494/

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti