Xəzər Xəbər

Bu yolun tikintisi başa çatdı

Cəmiyyət | 09:47 • 17 Noyabr 2017
Bu yolun tikintisi başa çatdı

Ağstafa rayonunn Ağstafa-Köşəsgər avtomobil yolunun tikintisi "Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

"Azəravtoyol” ASC-dən XəzərXəbər-ə verilən məlumata görə, yol artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir. Ağstafa-Köçəsgər avtomobil yolunun layihə uzunluğu 15.5 km-dir. Bura 3 km uzunluğunda Qırlı-Eynallı avtomobil yolu da daxildir. Yol 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. 7 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2.5 metr enində çiyinlər də daxil olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Yol ilə xüsusən payız-qış aylarında hərəkətdə müəyyən çətinliklər yaranırdı. Çünki uzun müddət əsaslı şəkildə təmir olunmayan yolda dağılmış və qabarmış hissələr yaranmışdır. Yolun yenidən qurulması ilə bu problem köklü şəkildə aradan qaldırılıb. Yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət isə yol əsasının tikintisi işləri aparılıb.

Sonra yolun asfaltlanması işləri görülüb. Ümumilikdə, yolun 100 min kv.m-dən çox ərazisinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənib. Aparılan tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün 18 ədəd müxtəlif diametrli suötürücü borular qoyulub, 2 mövcud avtomobil körpüsündə isə təmir işləri aparılıb.

Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, 46500 metr uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkilib. Bütün işlər "Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə aparılıb.

2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti